Cənubi Qafqaz mövzusu ABŞ Prezidenti Donald Trampla Ankarada keçirilən görüşdə müzakirə olunmayıb, lakin bu məsələ lazım gələrsə, gündəliyə daxil ola bilər.
EDnews xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən NATO dövlət və hökumət başçılarının 36-cı sammitinin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
O, alyansın ikigünlük sammitinin nəticələrini “çox uğurlu və tarixi” adlandırıb:
“Sammitin yekunlarına əsasən, daha güclü Şimali Atlantika blokunun təməli qoyulub. NATO-nun 32 ölkəsinin hamısının Türkiyə paytaxtında lider səviyyəsində təmsil olunması faktı Türkiyə diplomatiyasına olan etimad və hörmət səviyyəsini göstərir”.







