Zaqatalanın ucqar dağ kəndlərindən biri ilə əlaqə kəsilib.
EDnews-un məlumatına görə, buna intensiv leysan yağışları üzündən Tala çayından keçən sel səbəb olub.
Belə ki, Tala çayının rayonun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində çayın sol sahilində Meşleş kəndinə gedən yolu sel suları yuyub və yoldan gediş-gəliş dayanıb.







