“İki sahil” qəzeti 35 yaşını qeyd edir

“İki sahil” qəzeti <span class="text-danger">35 yaşını qeyd edir</span>

Azərbaycanın media orqanları arasında özünəməxsus yeri olan “İki sahil” qəzetinin ilk sayının işıq üzü görməsindən 35 il ötür. Yarandığı gündən şərəfli bir yol keçən bu mətbu nəşr öz əqidəsinə və prinsiplərinə hər zaman sadiqdir. 

“İki sahil” Azərbaycan üçün ən çətin dövrlərdə həyata vəsiqə alıb, öz ideyalarına sadiq qalaraq sınaqlardan şərəflə çıxıb. Qarşıya qoyulan ali məqsəd kollektiv üçün hər zaman güclü stimul olub. 1991-ci ilin iyulunda, hələ Azərbaycan dövlət müstəqilliyini bərpa etmədiyi və sərt senzuranın hökm sürdüyü bir dönəmdə fəaliyyətə başlayan qəzet böyük amalı sayəsində bütün maneələri dəf edə bildi.

“İki sahil” qəzeti hər zaman Ulu Öndər Heydər Əliyev ideyalarının təbliğatçısıdır. Xalqın böyük əksəriyyətinin istəyinin ifadəsi olan 91 nəfər ziyalının Ümummilli Lider Heydər Əliyevə “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciəti məhz “İki sahil” qəzetində dərc edilib. Bu mətbu nəşr, Ulu Öndərin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının yaranma zərurətini, təşkilatlanma mərhələlərini və keçdiyi inkişaf yolunu bu gün də geniş şəkildə işıqlandırır. Zamanın təzyiqlərinə və çətinliklərinə baxmayaraq, qarşıya qoyulan hədəflərə doğru inamla irəliləyən qəzet, cəmiyyətin güzgüsü missiyasını layiqincə yerinə yetirir. Hazırda dövlətimizin azad sözə və fikir plüralizminə verdiyi yüksək dəyər bu mətbu orqanın fəaliyyətində aydın şəkildə təzahür edir.

SOCAR-ın təsisçiliyi ilə  fəaliyyət göstərən “İki sahil” Azərbaycan dövlətinin həyata keçirdiyi müdrik daxili və xarici siyasəti, eləcə də iqtisadi uğurları cəmiyyətə dolğun çatdırmağı özünün əsas vəzifəsi hesab edir. Ümummilli Lider Heydər Əliyevin iqtisadiyyatda neft amilinə verdiyi xüsusi önəm Azərbaycanın bugünkü  tərəqqisinin bünövrəsini qoyub. Bu xəttə sadiq qalan qəzet ölkənin neft strategiyasının uğurla reallaşdırılmasında mühüm rolu olan SOCAR və onun strukturlarının fəaliyyətini daim diqqət mərkəzində saxlayır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət, müasir dövlət quruculuğu prosesləri, mədəniyyət, incəsənət və təhsil sahəsindəki yeniliklər “İki sahil” qəzetində geniş əks olunur. Son altı ildə isə qalib və bütövləşən Azərbaycanın sayılıb-seçilən mətbu orqanlarından biri olaraq “İki sahil” öz səhifələrində azad Qarabağ və azad Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə geniş yer ayırır.

Böyük Qayıdış Proqramı çərçivəsində soydaşlarımızın doğma yurdlarına qayıdışını əks etdirən materiallar bu gün qəzetin oxuculara təqdim etdiyi yazılar arasında mühüm yer tutur. Rəqəmsal medianın inkişafı ilə ayaqlaşan “İki sahil” müasir informasiya platformalarında da fəaliyyətini uğurla davam etdirir. Müasir medianın tələblərinə uyğun olaraq hazırda qəzetlə bərabər, “ikisahil.az” internet portalı və “İki sahil TV” internet televiziyası da fəaliyyət göstərir. Zamanın nəbzinə uyğun olaraq mütəmadi yenilənən rəqəmsal platformalarda günün ən aktual hadisələrinin təhlili, ölkədə və dünyada baş verən proseslər oxuculara və izləyicilərə operativ şəkildə çatdırılır. Ötən 35 il ərzində zəngin təcrübə toplayan “İki sahil” qəzeti gələcək fəaliyyəti və yeni-yeni uğurları üçün möhkəm təməl yaradıb.

“İki sahil” 35 illik fəaliyyət dövründə peşəkarlıq, obyektivlik və dövlətçilik prinsiplərinə sadiqliyini qoruyaraq Azərbaycan mediasında özünəməxsus mövqe qazanmışdır. Qəzet bu gün də cəmiyyətin etibarlı informasiya mənbələrindən biri kimi ölkənin media məkanının inkişafına mühüm töhfələr verməkdə davam edir.

Həmkarlarımızı təbrik edirik. 

Xəbər xətti

Hərbi ekspertdən XƏBƏRDARLIQ: “Ən təhlükəli ssenari bu olacaq"
16:20
Paşinyan: "TRIPP layihəsi İranın da maraqlarına cavab verir"
16:07
ABŞ Buşehr və Kirmanı “Tomahavk”la vurur
16:07
Hindistanda möcüzəvi xilas: Çoban hücum edən şiri belə sakitləşdirdi - VİDEO
15:57
Gürcüstanı Azərbaycanla birləşdirən yeni dördzolaqlı YOL ÇƏKİLƏCƏK
15:47
İran ABŞ-ni Buşehr AES-in yaxınlığına hücumda ittiham edir
15:42
Komissiya sədri: Kiberhücumların sayı sürətlə artır
15:38
Sabiq icra başcısının oğlunun iki milyon manatı yoxa çıxıb: Əlbir olub Türkiyəyə qaçırtdılar
15:34
Meyvə şirəsi adı ilə satdıqları məhsullarda - Rəngləyici aşkarlandı- Fotolar
15:24
Azərbaycanlı müğənninin ölkədən çıxışına "stop" qoyuldu
15:20
“İki sahil” qəzeti 35 yaşını qeyd edir
15:18
ABŞ ordusu İranı Rusiya və Çinlə bağlayan tranzit körpünü BOMBALADI - FOTO
15:18
198 min litr pivəni qeydiyyatsız istehsal etdilər - Fotolar
15:10
“Ərəb ölkələrinin İranla müharibə aparmaq potensialı yoxdur” - Ekspert
15:00
75 nəfərə qanunsuz torpaq satışı iddiası – BƏLƏDİYYƏ SƏDRİNƏ AĞIR İTTİHAM
14:48
Ağır cinayətlər törətmiş 104 kriminal qrup zərərsizləşdirilib - RƏSMİ
14:45
DİN-də 6 ayın yekunları müzakirə olundu
14:38
Deşam: “Hakimə yox, Mərakeşə qarşı oynayacağıq”
14:31
Bu rayonlarda qaz olmayacaq – SİYAHI
14:30
MİQ imtahanlarının TARİXİ AÇIQLANDI
14:24
Naxçıvanlı sərnişin Türkiyədə DÖYÜLDÜ - FOTO
14:06
"Arzum9999" üçün imza toplanır - Azadlığa çıxacaq?
14:03
İtaliya Rusiya səfirliyinin iki əməkdaşını ölkədən qovur
14:00
ABŞ-də sərnişin avtobusu binaya çırpıldı: YARALILAR VAR
13:58
"Tasnim": SEPAH iki terror qruplaşmasını MƏHV EDİB
13:53
Günəşdə yenidən GÜCLÜ PARTLAYIŞ OLDU
13:51
Məşhur müğənni Bonni Tayler vəfat etdi
13:33
Cənubi Koreyanın sabiq rəhbərinə yeddi il həbs cəzası verildi
13:30
61 yaşlı qadın evində ölü tapıldı
13:22
DİQQƏT! Bu şəxslər 1500 manatdan 2000 manatadək CƏRİMƏLƏNƏCƏKLƏR
13:20
Paşinyan Simonyanın istefasından danışdı
13:15
Belçikalı nazir Atatürkə görə üzr istədi - FOTO
13:10
Rəsmi Tehrandan ABŞ hücumlarına REAKSİYA
13:08
Qurban Qurbanov bu futbolçuları iştirak ərizəsinə salmadı
13:02
Azərbaycanla anklav və eksklav məsələsinin həlli üçün 2 variant var - Paşinyan
12:52
Ermənistanın yeni konstitusiyası bu tarixdə dərc olunacaq
12:39
Britaniya səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
12:33
37 dərəcə isti olacaq - SABAHIN HAVASI
12:30
Ermənistanda müxalifət partiyasının üzvü saxlanıldı
12:27
ABŞ Suriyanı terroru dəstəkləyən ölkələr siyahısından çıxaracaq
12:22
Umud Mirzəyev: “Beynəlxalq platformalarda fəal iştirak bizim üçün strateji zərurətdir”
12:18
ABŞ Almaniyada raketlər YERLƏŞDİRƏCƏK
12:16
DÇ-2026: İngiltərə - Norveç matçı təxirə salına bilər
12:12
Yevlax və Lənkəranda əməliyyatlar: 76 kq narkotiki satmaq istəyənlər YAXALANDILAR - VİDEO
12:07
Azərbaycanın “Zəngəzur” gəmisi Britaniya sanksiyalarından AZAD EDİLDİ
11:59
Gələn il Azərbaycandan Çinə yeni birbaşa aviareys açılacaq
11:55
Pezeşkianla Əraqçi izdihamın arasından çətinliklə çıxarıldı - Video
11:51
Tramp sərt danışdı: “Bu qərar Amerikanın məhvinə səbəb ola bilər”
11:46
Bakı-Ələt yolunda AĞIR QƏZA: Yük maşını əvvəlcə dəmirlərə, sonra "Mitsubishi"yə çırpıldı
11:40
Əli Xameneinin cənazəsini daşıyan təyyarə MƏŞHƏDDƏDİR
11:38
Gərginlik artır: ABŞ zərbələri 10-dan çox insanın həyatına son qoydu
11:30
Braziliyalı futbolçu "Qarabağ"dan ayırılır
11:27
Hotellərdən bələdçilərə qədər: Turizm qaydaları yenilənəcək
11:20
İcazə olmadan kamera qoymaq olmaz? - Ali Məhkəmədən qərar
11:12
Bakıda yanacaqdoldurma məntəqəsində dəhşətli qəza – Yaralananlar var
11:07
İran ordusu ABŞ-nin bazalarını HƏDƏFƏ ALDI
10:57
Azərbaycanda yayılan çəyirtkələr HARADAN GƏLİB?- AQTA AÇIQLADI
10:53
Qubada keçmiş məhkum həyətində öldü
10:51
Tehran-Məşhəd dəmiryolu xətti də vurulub
10:48
Salyan Peşə Liseyinə GƏNC KADR TƏYİN OLUNDU
10:40
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR