Bakının ən tanınmış yaşıllıq ərazilərindən biri olan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) qarşısındakı parkda antisanitariya hökm sürür.
Bu barədə EDnews-a şəhər sakinləri müraciət ediblər.
Müraciətdə bildirilib ki, parkdan hər gün yaxın ərazilərdə yaşayan sakinlər, ətraf universitetlərin tələbələri, uşaqlar və idmanla məşğul olan insanlar istifadə etsələr də, əraziyə uzun müddətdir ki, lazımi səviyyədə qulluq olunmur.







