"MİQ imtahanlarında yüksək bal toplayan namizədlər vakant yerlərin seçimində daha üstün mövqeyə sahib olacaqlar".
Təhsil eksperti Elçin Əfəndi bunu EDnews-a danışarkən bildirib.
Onun sözlərinə görə, imtahanın iyulun 8-də deyil, növbəti günlərdə keçirilməsi namizədlər üçün əlavə hazırlıq imkanı deməkdir. Bu isə nəticələrə müəyyən qədər təsir göstərə bilər.

"Bu gün ödəniş prosesinin son günü kimi nəzərdə tutulub. Növbəti həftədən etibarən imtahanların keçirilməsinə başlanacaq".
Təhsil ekspertinin sözlərinə görə, belə bir qərarın verilməsi namizədlərin planlamasına ciddi təsir edir. Digər tərəfdən, vaxtın uzanması onların daha yaxşı hazırlaşmasına da imkan yarada bilər. MİQ imtahanlarında yüksək bal toplayan namizədlər vakant yerlərin seçimində daha üstün mövqeyə sahib olacaqlar".
Aytac Kərimova | EDnews







