1 nömrəli Bakı Tibb Kollecinin binası təmir olunacaq.
EDnews xəbər verir ki, təhsil müəssisəsində cari və əsaslı təmir, həmçinin kommunal kommunikasiya və abadlıq işlərinin görülməsi nəzərdə tutulub.
Təmir işlərinə sərf olunacaq məbləğ 416 125,82 manat təşkil edəcək.
Qeyd edək ki, məqsəd kollec binasının əsaslı şəkildə yenilənməsi, köhnəlmiş infrastrukturun müasir tələblərə uyğunlaşdırılması, mühəndis-kommunikasiya sistemlərinin yaxşılaşdırılması və tələbə, müəllimlər üçün daha təhlükəsiz, rahat və müasir təhsil mühitinin yaradılmasıdır.







