Azərbaycan Hava Yollarının (AZAL) Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub və uçuşlar hazırda cədvələ uyğun şəkildə icra edilir.
EDnews xəbər verir ki, bu barədə AZAL-dan məlumat verilib.
Qeyd edək ki, bölgədə hava şəraitinin sabitləşməsindən sonra reyslərin yerinə yetirilməsi normal rejimdə davam etdirilir.







