Venesuelada baş vermiş dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 3 535 nəfərə çatıb.
EDnews xəbər verir ki, bu məlumatı Bolivar Respublikası Milli Assambleyasının (parlamentinin) sədri Xorxe Rodriqes öz "Telegram" kanalında açıqlayıb.
O, xilasetmə və yardım göstərilməsi ilə bağlı atılan addımlar barədə də məlumat verib.
Xatırladaq ki, iyunun 25-nə keçən gecə Venesuelanın şimalında 7,1 maqnitudalı zəlzələ qeydə alınıb. ABŞ Geoloji Xidməti daha sonra 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı iki yeraltı təkan barədə məlumat verib.







