Səudiyyə Ərəbistanı əsas neft markası üzrə son 26 ilin ən böyük qiymət endirimini elan edib.
EDnews xəbər verir ki, bu barədə “Bloomberg” Saudi Aramco-nun qiymət siyahısına istinadən məlumat yayıb.
Məlumata görə, avqust ayında Asiya alıcıları üçün “Arab Light” markalı neftin qiyməti bir barel üçün 11 dollar təşkil edəcək. Bu qiymət regional göstəriciyə nisbətən 1,50 dollar endirim deməkdir.
Agentlik qeyd edir ki, Yaxın Şərq neftinin qiymətləri regiondan tədarükün artması fonunda ucuzlaşır. Bu isə Asiya neft emalı zavodlarının tələbatını üstələyə bilər.
Bildirilib ki, Saudi Aramco İranla müharibənin başlamasından əvvəlki göstəricilərlə müqayisədə ixracını təxminən 90 faizə qədər artırıb.
Neftin ucuzlaşması iyunun ortalarından etibarən İran və ABŞ arasında hərbi əməliyyatların dayandırılması, həmçinin Hörmüz boğazının açılması ilə bağlı razılaşma fonunda başlayıb. Həmin dövrdən bəri “Brent” markalı neftin qiyməti 71 dollardan aşağı düşüb.






