İsrail Müdafiə Ordusu Livanın cənubunda potensial təhlükə yaradan dörd nəfərin olduğu avtomobilə zərbə endirib.
EDnews xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
"Bu yaxınlarda Əl-Əqidə bölgəsində təhlükəsizlik zonasına yaxınlaşan və əsgərlər üçün təhlükə yaradan avtomobildə dörd şübhəli aşkarlanıb. İdentifikasiyadan sonra İsrail Hərbi Hava Qüvvələri təhlükəni aradan qaldırmaq üçün nöqtəvi zərbə endirib", - bəyanatda bildirilib.
"İsrail Müdafiə Ordusu "Hizbullah"ın İsrail mülki vətəndaşlarına və ya əsgərlərinə zərər yetirməsinə imkan verməyəcək və birbaşa təhlükələri aradan qaldırmaq üçün fəaliyyətini davam etdirəcək", - hərbçilər qeyd edib.








