İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlu ilə bağlı məhkəmə iclası keçirilib.
EDnews xəbər verir ki, proses İstanbul 59-cu Asliye Cinayət Məhkəməsi tərəfindən Silivridə yerləşən Marmara Qapalı Həbsxanasının qarşısındakı məhkəmə zalında baş tutub.
Dinləmədə başqa cinayət işi üzrə həbsdə olan Əkrəm İmamoğlu və onun vəkilləri iştirak ediblər.
Məhkəmə iclasında CHP qrup sədri Özgür Özəl, İstanbul Böyükşəhər Bələdiyyəsi sədrinin müavini Nuri Aslan, Əkrəm İmamoğlunun həyat yoldaşı Dilek İmamoğlu, oğlu Mehmet Səlim İmamoğlu, bir sıra millət vəkilləri, CHP rəhbərləri, xarici ölkələrdən gələn nümayəndələr və çox sayda izləyici də iştirak edib.
Hakim bildirib ki, diplomla bağlı 5-ci İnzibati Məhkəmənin qərarı məhkəməyə daxil olub və iş həmin qərarın yekunlaşmasını gözləyir.
Məhkəmə prosesi dekabrın 25-dək təxirə salınıb.








