Rusiyanın Xarkova endirdiyi aviazərbə zamanı ağır yaralanan Xarkov Milli Tibb Universitetinin məzunu, Nigeriya vətəndaşı Nani Adaobi Merian Almaniyada müalicə aldığı xəstəxanada vəfat edib.
EDnews xəbər verir ki, bu barədə Xarkov Milli Tibb Universiteti məlumat yayıb.
Bildirilib ki, Nani Adaobi Merian iyunun 29-da Rusiyanın Xarkova idarəolunan aviasiya bombası (KAB) ilə həyata keçirdiyi hücum zamanı ağır xəsarətlər almışdı. Həmin hücum nəticəsində Xarkov Milli Tibb Universitetinin azərbaycanlı tələbəsi Fatimə Hüseynova həlak olmuş, daha 10 nəfər yaralanmışdı. Hər iki tələbə həmin gün diplomlarını almaq üçün universitetə gedibmiş.
Qeyd olunub ki, Nani Adaobi Merian əvvəlcə Xarkovda, daha sonra isə Almaniyada müalicə olunub.
Qohumlarının verdiyi məlumata görə, tələbənin bədəninin təxminən 90 faizi yanmış, bir gözünü itirmiş, digər gözü zədələnmiş, tənəffüs yollarında ağır yanıqlar qeydə alınmış, bir ayağı amputasiya edilibmiş.
.png)







