Türkiyənin paytaxtı Ankarada keçiriləcək 36-cı NATO Liderlərinin Zirvə Toplantısı üçün dizayn edilmiş qırmızı və ağ rəngli "Togg" limuzinləri qonaqların daşınmasında fəaliyyət göstərəcək.
EDnews xəbər verir ki, bu barədə "Haber Global" məlumat dərc edib.
Məlumata görə, 36-cı NATO (Şimali Atlantik Alyansı) dövlət və hökumət başçılarının zirvə toplantısına özəl olaraq "Togg T10X" modelinin 10 ədəd limuzin versiyası istehsal edilib. NATO Zirvə Toplantısı müddətində bu yerli və milli nəqliyyat vasitələri "ATO Congresium" və Prezident Sarayı Kompleksi arasında mətbuat nümayəndələrinin, eləcə də rəsmi heyətlərin gediş-gəlişini həyata keçirəcək.
NATO tədbiri üçün ərsəyə gətirilmiş 8 nəfərlik qırmızı-ağ limuzinlər, həmçinin Prezident Sarayı Kompleksinin daxilində protokol xidmətləri üçün də cəlb olunacaq.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da planlaşdırılmış proqram daxilində bu yeni "Togg" limuzinindən faydalanması gözlənilir. Tamamilə elektrik enerjisi ilə çalışan və tək mühərrikə sahib olan bu maşınlar təqribən 50 kilometr sürətlə xidmət göstərəcəklər.








