Azərbaycanda 2026-cı ilin ilk beş ayında ilk dəfə nikaha daxil olan 30 yaşdan yuxarı şəxslərin sayı açıqlanıb.
Bu barədə EDnews-un sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, 01.01.2026-cı il tarixindən 01.06.2026-cı il tarixinədək ilk dəfə nikaha daxil olan şəxslərdən 7 386 nəfərin yaşı 30-dan yuxarı olub.
Aytac Kərimova | EDnews







