Çinin mərkəzindəki Hunan əyalətində şiddətli hava şəraiti səbəbindən körpü uçub.
EDnews xəbər verir ki, bu barədə "163.com" xəbər portalı məlumat yayıb.
Qeyd olunub ki, keçid ötən axşam güclü yağış səbəbindən çöküb və bu da çayların səviyyəsinin qalxmasına səbəb olub. Hadisə zamanı iki nəfəri itkin düşüb.
Məlumatda bildirilir ki, hakimiyyət orqanları təcili yardım planını işə salıb və təcili yardım xidmətləri hadisə yerinə gəlib. Onlar axtarış-xilasetmə əməliyyatına başlayıblar. Körpünün uçmasının dəqiq səbəbi araşdırılır.







