Yeni Konstitusiya, yoxsa yeni dövlət modeli? Paşinyanın 5 iyul mesajının hüquqi və siyasi təhlili

Yeni Konstitusiya, yoxsa yeni dövlət modeli? <span class="text-danger">Paşinyanın 5 iyul mesajının hüquqi və siyasi təhlili</span>

"Bəzən dövlət rəhbərlərinin ən mühüm siyasi mesajları hökumət proqramlarında və ya parlament tribunalarından deyil, bayram münasibətilə etdikləri müraciətlərdə səslənir. Ermənistanın Baş naziri Nikol Paşinyanın Konstitusiya Günü münasibətilə xalqa ünvanladığı müraciət də məhz belə mətnlərdəndir. İlk baxışdan təbrik xarakteri daşıyan bu çıxış əslində Ermənistanın gələcək dövlətçilik konsepsiyasına dair siyasi manifest kimi qiymətləndirilə bilər".

EDnews məlumat verir ki, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bu barədə sosial şəbəkədə paylaşım edib. 

nuriyev.jfif

O hesab edir ki, müraciətin ən mühüm hissəsi hakim siyasi çoxluğun seçki proqramına yeni Konstitusiyanın qəbulunun daxil edildiyinin açıq şəkildə bəyan edilməsidir:

"Bu, sadəcə növbəti konstitusiya islahatı ilə bağlı fikir deyil. Əslində, Ermənistanın mövcud dövlət modelinin yenidən nəzərdən keçirilməsinə yönəlmiş siyasi iradənin rəsmi ifadəsidir. Lakin burada diqqətdən yayınmamalı olan mühüm məqam var. Paşinyan mövcud Konstitusiyanın hüquqi qüvvəsini deyil, onun siyasi legitimliyini müzakirə edir. O bildirir ki, Ermənistan vətəndaşlarında uzun illər dövlət tərəfindən müəyyən edilən hüquqi qaydaların məhz xalqın iradəsindən qaynaqlandığına dair inam formalaşmayıb. Başqa sözlə, problem Konstitusiyanın mövcudluğunda deyil, onun cəmiyyət tərəfindən mənimsənilməsindədir".

Əliməmməd Nuriyev vurğulayıb ki, müasir konstitusiya hüququnda legitimlik təkcə referendumun keçirilməsi ilə ölçülmür. Əsas məsələ xalqın Konstitusiyanı öz siyasi iradəsinin və dövlətlə bağladığı ictimai müqavilənin ifadəsi kimi qəbul edib-etməməsidir:

"Paşinyanın istinad etdiyi "xalq dövlətin sahibidir" tezisi də məhz təsis hakimiyyəti konsepsiyasına söykənir. Bu konsepsiyaya görə dövlət hakimiyyətinin yeganə mənbəyi xalqdır və yeni Konstitusiya həmin iradənin hüquqi ifadəsi olmalıdır. Burada ikinci mühüm hüquqi məsələ meydana çıxır. Paşinyan "Konstitusiyaya dəyişiklik ediləcəyini" deyil, "yeni Konstitusiyanın qəbul ediləcəyini" bəyan edir. Konstitusiya hüququ baxımından bu iki anlayış eyni məna daşımır. Dəyişiklik mövcud hüquqi sistemin saxlanılması şərti ilə onun təkmilləşdirilməsini ifadə edir. Yeni Konstitusiyanın qəbulu isə yeni təsis iradəsinin, yeni siyasi-hüquqi modelin və müəyyən mənada dövlətin özünü yenidən müəyyənləşdirməsinin hüquqi formasıdır. Buna görə də seçilən terminologiya həm siyasi, həm də hüquqi baxımdan xüsusi əhəmiyyət daşıyır. Diqqət çəkən digər məqam dövlət identikliyi ilə bağlıdır. Paşinyan çıxışı boyunca ardıcıl şəkildə "Ermənistan Respublikası" anlayışını ön plana çıxarır. Əvvəlki illərin siyasi ritorikasında mühüm yer tutan tarixi və etnik-siyasi tezislər isə bu müraciətdə demək olar ki, yer almır. Bu, sadəcə üslub dəyişikliyi təsiri bağışlamır. Əksinə, Ermənistanın dövlət ideologiyasında və siyasi düşüncəsində yeni mərhələyə keçid cəhdi kimi görünür. Dövlətin legitimliyi tarixi iddialarla deyil, vətəndaşın iradəsi və konstitusiya nizamı ilə əsaslandırılmağa çalışılır".

O, diqqətə çatdırıb ki, bununla belə, əsas sual hələ də açıq qalır: yeni Konstitusiyanın məzmunu necə olacaq?:

"Konstitusiyanın adı və ya qəbul edilmə proseduru onun mahiyyətini müəyyən etmir. Əsas məsələ onun hansı prinsiplərə söykənəcəyidir. Dövlətin əsasları necə müəyyən ediləcək? Ermənistanın Müstəqillik Bəyannaməsinə münasibət necə ifadə olunacaq? Dövlətin qonşularına münasibətini müəyyən edən hüquqi müddəalar dəyişəcəkmi?

Beynəlxalq hüququn, xüsusilə dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsipləri yeni konstitusiya mətnində necə əksini tapacaq? Bu suallar cavablandırılmadan yeni Konstitusiya təşəbbüsünün hüquqi nəticələri barədə qəti fikir söyləmək mümkün deyil. Azərbaycan üçün məsələnin mahiyyəti də məhz buradadır.

Rəsmi Bakı uzun müddətdir bildirir ki, davamlı sülhün hüquqi əsaslarından biri Ermənistanın hüquq sistemində Azərbaycana qarşı ərazi iddiaları ilə əlaqələndirilən müddəaların aradan qaldırılmasıdır. Bu yanaşma təsadüfi siyasi tələb deyil. Dövlətlər arasında bağlanacaq sülh müqaviləsinin dayanıqlılığı tərəflərin daxili hüquq sistemində həmin müqaviləyə zidd hüquqi əsasların qalmamasından da asılıdır.

Beynəlxalq hüququn fundamental prinsiplərindən olan "pacta sunt servan"da — bağlanmış müqavilələrə vicdanla əməl olunması prinsipi də bunu tələb edir. Əgər daxili hüquq sistemi gələcəkdə beynəlxalq öhdəliklərin icrasına mane ola biləcək müddəaları özündə saxlayırsa, bu, hüquqi qeyri-müəyyənlik yaradır və tərəflər arasında etimadı zəiflədir.

Məhz buna görə Paşinyanın bəyanatının əsas əhəmiyyəti yeni Konstitusiya vəd etməsində deyil. Əsas məqam Ermənistanın ilk dəfə dövlətçilik modelini yenidən müəyyənləşdirmək niyyətini bu qədər açıq şəkildə siyasi gündəliyinə daxil etməsidir. Lakin bu prosesin real nəticələrini yalnız gələcək konstitusiya layihəsinin konkret müddəaları göstərəcək".

Ekspertin qənaətincə, yeni Konstitusiya qəbul edən hər bir dövlət təkcə yeni hüquqi mətn qəbul etmir. O, həm də öz gələcəyi barədə seçim edir:

"Konstitusiya dövlətin siyasi kimliyini, hüquqi dəyərlər sistemini və gələcək inkişaf istiqamətini müəyyən edən əsas sənəddir. Məhz buna görə onun məzmunu həmişə adından daha böyük əhəmiyyət daşıyır. Bu baxımdan Ermənistanın qarşısında duran əsas məsələ yeni Konstitusiyanın qəbul edilib-edilməməsi deyil. Əsas məsələ həmin Konstitusiyanın hansı dövlət fəlsəfəsini ifadə edəcəyidir. Əgər yeni hüquqi model beynəlxalq hüququn fundamental prinsiplərinə, dövlətlərin qarşılıqlı suverenliyinə, ərazi bütövlüyünə hörmətə və regional əməkdaşlığa əsaslanarsa, bu, təkcə Ermənistanın daxili siyasi həyatı üçün deyil, bütün Cənubi Qafqazda davamlı sülhün və qarşılıqlı etimadın formalaşması baxımından da mühüm dönüş nöqtəsinə çevrilə bilər. Bununla yanaşı, bir məqam xüsusilə vurğulanmalıdır. Konstitusiya islahatı sülh müqaviləsinin alternativi deyil. O, yalnız gələcək sülh sazişinin hüquqi dayanıqlığını və uzunmüddətli sabitliyini möhkəmləndirə biləcək mühüm daxili hüquqi mexanizmlərdən biridir. Əks halda sənədin adı dəyişsə belə, onun doğura biləcəyi hüquqi və siyasi nəticələrin mahiyyəti dəyişməyəcək".

Xəbər xətti

Yelisey sarayı Makronun DURUMU İLƏ BAĞLI MƏLUMAT YAYDI - YENİLƏNDİ
12:27
Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb - YENİLƏNİB
12:23
Yermolayevə sui-qəsd işi: şübhəli qadının meyiti tapıldı
12:19
Dəniz daha bir CAN ALDI
12:11
Naxçıvanda ağır qəza: ÖLƏN VAR
12:05
Amerikalı senator İlham Əliyevə təşəkkür etdi
11:48
Əminə Ərdoğan NATO çərçivəsində liderlərin həyat yoldaşlarını qəbul edəcək
11:46
36-cı NATO Sammiti BAŞLADI -YENİLƏNİB
11:42
Həkimdən maraqlı açıqlama: "Kişilərin ömrünü ən çox öz davranışları qısaldır"
11:37
ABŞ Azərbaycanı G20 sammitinə DƏVƏT ETDİ
11:32
Bağçalara elektron qəbul BAŞLADI
11:28
Prezident: Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasında Donald Tramp xüsusi rol oynayıb
11:23
Məktəblərdə geyim qaydaları dəyişir
11:20
Milli Məclisin iclası BAŞLADI
11:16
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTOLAR
11:11
Ronaldo: "Bu mənim üçün sonuncu dünya çempionatı idi"
11:05
Dollar almaq istəyənlərin DİQQƏTİNƏ
11:01
Ukraynada ZƏLZƏLƏ BAŞ VERDİ
10:59
İordaniyanın xarici işlər naziri Azərbaycana səfərə gəlir
10:57
"Kəpəz" onunla VİDALAŞDI
10:55
Yeni Konstitusiya, yoxsa yeni dövlət modeli? Paşinyanın 5 iyul mesajının hüquqi və siyasi təhlili
10:50
Pakistanda terror hücumu: POLİSLƏR HƏLAK OLDU
10:48
192 minə yaxın şəxsə ödəniş edilib
10:42
Çində tornado və güclü külək CAN ALDI
10:35
Nyu-Yorkda həyat iflic oldu
10:18
2,3 milyonluq dələduzluq işi: Elnarə Şirməmmədova həbs edildi
10:14
Səhiyyə nazirinə yeni müavin təyin edilib
10:03
Lukaku DÇ tarixində ilkə imza atdı
09:55
Gəncə tələbələrinə ŞAD XƏBƏR! İctimai nəqliyyatda ödənişlərin 10%-i geri qaytarılacaq
09:50
Bakı–Naxçıvan marşrutu üzrə reyslər BƏRPA OLUNDU
09:45
Bəzi yerlərdə şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
09:39
"Nə Türkiyə əvvəlkidir, nə də NATO" - Mevlüt Yeni yazır...
09:38
Türkiyədə FACİƏ: AVTOBUS AŞDI - 41 YARALI
09:27
Qızıl və gümüş ucuzlaşdı
09:03
Dünya bazarlarında NEFT BAHALAŞIR
08:58
Tramp Türkiyəyə yola düşdü
08:48
Bakıda 7 istiqamətdə TIXAC VAR - SİYAHI
08:33
"Bitcoin" yenidən bahalaşdı
08:30
Abituriyentlər bu tarixədək sənədləri DİM-ə təqdim etməlidirlər
08:21
Roberto Martines məğlubiyyətdən sonra İSTEFA VERDİ
08:10
Moskvaya yaxınlaşan 36 dron vurulub
07:50
Azərbaycanda 7 mindən çox şəxs 30 yaşdan sonra ilk dəfə ailə qurub - RƏSMİ
07:43
Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ
07:31
Hörmüzdə vəziyyət GƏRGİNLƏŞDİ: İRAN HÜCUMA KEÇDİ
07:25
Çində körpü uçdu, insanlar itkin düşdülər...
07:20
DÇ-2026: İspaniya Portuqaliya üzərində qələbə qazanaraq 1/4 finala yüksəlib - YENİLƏNDİ4
07:03
DÇ-2026: Belçika ABŞ millisini məğlub edərək 1/4 finala adlayıb
06:45
Faydasız bilinib zibilliyə atılırdı- Arıqlamaq istəyənlər üçün möcüzəvi qida imiş
05:56
Evinizdə bu 5 əşya varsa, kasıb olacaqsınız
05:42
Ən hazırcavab bürclər: Onların sözləri fiziki zərbədən daha çox ağrı verir
05:33
Bir fincan çay müalicəni puça çıxara bilər - Vacib xəbərdarlıq
05:15
ABŞ səfirliyi vətəndaşlarına NATO Zirvə Görüşü ilə bağlı XƏBƏRDARLIQ EDİR
04:45
Bolqarıstan Türkiyədən mayeləşdirilmiş təbii qaz tədarükü ilə bağlı müqaviləni dondurdu
04:15
Hakerlər Britaniya rəsmiləri kompüterinə hücum ediblər - MEDİA
03:46
Həddindən artıq su içməyin ZƏRƏRLƏRİ
03:20
Kral III Çarlz bu dəfə tankda gəzdi - FOTO
03:00
Yayda ən çox edilən səhv: Günəş kremi sizi qorumaya bilər
02:00
Hər gün yaşadığınız bu narahatlıq xərçəng riski yarada bilər
01:20
Ermənistanda müxalif partiyaya qarşı ŞOK ƏMƏLİYYAT: Evdən ŞİR, PƏLƏNG ÇIXDI
00:30
Ukraynalı uşaqlar reabilitasiya üçün Bakıya gəldilər
00:18
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR