Moskva TRIPP-dan kənarda qalmaq istəmir: Dəstək, yoxsa nəzarət?

Moskva TRIPP-dan kənarda qalmaq istəmir: <span class="text-danger">Dəstək, yoxsa nəzarət?</span>

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin sözlərinə görə, Rusiya TRIPP layihəsinə qatılmaq istəyir və onun iştirakı layihəyə yalnız əlavə güc qata bilər.  

Maraqlıdır, Qaluzinin bu bəyanatı Rusiyanın Cənubi Qafqazda nəqliyyat marşrutları üzərində təsirini qorumaq cəhdi kimi qiymətləndirilə bilərmi?  

Mövzu ilə bağlı EDnews-a danışan siyasi şərhçi Çingiz Şahbazi qeyd edib ki, Moskva TRIPP layihəsindən kənarda qalmaq istəmir:

1764764879_cingiz-sahbazi.jpeg

"Qaluzinin bu istiqamətdə verdiyi açıqlama da göstərir ki, Rusiya ABŞ-nin dəstəklədiyi TRIPP layihəsində rol oynamaq niyyətini gizlətmir. Əslində, bu bəyanatın arxasında bir neçə mühüm geosiyasi məqsəd dayanır. Bunlardan ən vacibi Cənubi Qafqazda təsiri qoruyub saxlamaq və mövcud infrastruktur üzərində müəyyən nəzarət mexanizmi əldə etməkdir. Məlumdur ki, TRIPP layihəsi Ermənistan üzərindən yeni nəqliyyat dəhlizinin yaradılmasını nəzərdə tutur. Əgər layihə ABŞ-nin dəstəyi ilə həyata keçirilərsə, Rusiyanın bölgədəki təsiri ciddi şəkildə zəifləyə bilər. Bu səbəbdən, Moskva prosesdə iştirak etmək niyyətindədir".

Siyasi şərhçi vurğulayıb ki, Ermənistan dəmir yollarını hələ də Rusiyanın törəmə şirkəti idarə edir və Ermənistanın İranla sərhədində Rusiya hərbçiləri xidmət aparırlar. Bu baxımdan, Moskva hesab edir ki, Rusiyanın layihədə iştirakı ona əlavə güc verə bilər:

"Burada Avrasiya İqtisadi İttifaqı ölkələrinin də maraqları var. Rusiya tərəfi bildirir ki, Ermənistan hələ də Avrasiya İqtisadi İttifaqının üzvüdür və tranzit qaydaları bu təşkilatın normalarına uyğun olmalıdır. Moskvanın arqumentlərinə bu yöndən baxdıqda, mövcud dəmir yolu xətti ilə inteqrasiyanın asanlaşdırılması, Azərbaycan, Ermənistan və Rusiya arasında əvvəlki nəqliyyat mexanizmlərindən istifadə edilməsi, yükdaşımaların texniki uyğunluğunun və təhlükəsizlik koordinasiyasının gücləndirilməsi mümkün görünür. Lakin bütün bunlar Rusiyanın öz mövqeyidir. Şübhəsiz ki, Rusiyanın layihədə yer alması gələcəkdə onun bölgədə təsirini yenidən gücləndirməsinə imkan yarada bilər. Bu isə layihəyə kölgə sala və onun əsas məqsədi olan alternativ nəqliyyat marşrutu ideyasını zəiflədə bilər".     

Çingiz Şahbazi onu da əlavə edib ki, Rusiya əvvəllər bu layihəyə qarşı çıxırdısa, indi ona dəstək verməyə və prosesdə pay sahibi olmağa çalışır. Bu da Moskvanın mövcud reallığı düzgün qiymətləndirdiyini göstərir.

"Belə olduğuna görə, Qaluzinin bəyanatı Rusiyanın TRIPP layihəsinə artıq açıq şəkildə qarşı olmadığını, lakin layihənin Rusiya maraqları nəzərə alınmaqla həyata keçirilməsini istədiyini göstərir. Moskva bu yolla həm Cənubi Qafqazda strateji rolunu qorumağa, həm də yeni regional nəqliyyat marşrutlarında söz sahibi olmağa çalışır".

Aytaс Kərimova | EDnews 

Xəbər xətti

Vens ABŞ-ın İrana qarşı hərbi əməliyyatları bərpa edə biləcəyini istisna etməyib
21:52
Trampın sevimli mahnısının ifaçısı vəfat edib
21:48
Ləman Ələşrəfqızını aldatdılar - İqbal Ağazadənin adından-Foto
21:40
Tramp Qətərin hədiyyə verdiyi təyyarədən ilk dəfə istifadə etdi
21:28
DÇ-də REKORD
21:23
ABŞ-də siyasi sponsorluq: Kriptovalyuta şirkətləri 189 milyon dollar ianə ediblər
21:15
KİV: Türkiyə Superliqasının klubu Elvin Cəfərquliyevlə maraqlanır
21:06
Azərbaycanın dövlət müəssisələri arasında qeyri-neft ixracı sahəsində liderlər müəyyən edilib
20:57
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
20:46
Bakıda ABŞ-ın Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin 250 illiyi qeyd olunub
20:42
Tramp ABŞ Milli Kəşfiyyatının müvəqqəti rəhbərinə istənilən məlumatı məxfilikdən çıxarmağa icazə verib
20:36
Azərbaycan-Aİ tərəfdaşlığı: Üfüqləri aşan baxış - FOTO
20:19
Bakının üç rayonunda elektrik şəbəkələri yenidən qurulacaq
20:15
Ursula fon der Lyayen sülh sazişinin paraflanmasına görə Prezident İlham Əliyevi təbrik edib
20:07
İyunda ən çox yağıntı bu zonaya düşüb
20:05
"Briqada" və "Bumer"in aktyorunun meyiti tapıldı
20:03
İngiltərə Konqoya qarşı - Yenilənəcək
19:57
“Siz şəxsi liderliyinizi göstərdiniz ki, bu regionda sülh bərqərar edilsin”
19:55
Avropa Komissiyasının Prezidenti: Regionda sülhün təşviqinə yönəlmiş yeni 20 milyon avroluq proqramı elan edəcəyik
19:52
İlham Əliyev: "Bu gün qaz ixracımızın yarısı Avropa İttifaqına üzv dövlətlərin payına düşür"
19:49
Azərbaycanda pul bazası artıb
19:41
Prezident: "Biz Avropa Komissiyası ilə əməkdaşlığımıza böyük önəm veririk"
19:38
Samuxda “MAZ” çaya aşdı - Ölən və xəsarət alanlar var
19:35
Prezident İlham Əliyev: Azərbaycan-Ermənistan arasında normallaşma prosesi uğurla davam edir
19:34
Prezident İlham Əliyev: Bu gün biz Avropa İttifaqı ilə Azərbaycan arasında çox fəal dialoqun şahidiyik
19:32
İlham Əliyev və Ursula Fon der Lyayen mətbuata bəyanatlarla çıxış edirlər
19:30
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:27
Ceyranbatanda açıq ərazi yanır
19:25
Belçikada yaşayış binasında yanğın - 6 nəfər öldü
19:23
ABŞ-də neft ehtiyatları kəskin azaldı
19:21
Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə geniş tərkibdə görüşü olub
19:19
İran Təhlükəsizlik Şurası Əli Xameneinin ölümünə görə qisas alacağını vəd etdi
19:16
Ermənistan Konstitusiya Məhkəməsi parlament seçkilərinə dair iddialara baxılmasını yekunlaşdırıb
19:13
Laporta "Barselona"da prezidentlik vəzifəsinin icrasına başladı
19:00
"İtaət etməsələr, İran onlara dərs verəcək”- Əraqçidən SƏRT AÇIQLAMA
18:55
Ötən ay dövlət sərhədini pozmağa cəhd göstərən 21 nəfər saxlanılıb
18:52
Bolqarıstan Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycanda səfərdədir
18:45
"Google" İsveçdə rekord məbləğdə cərimə ödəyəcək
18:41
İlham Əliyev Avropa Komissiyasının Prezidenti ilə təkbətək görüşdü - Fotolar
18:36
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur
18:31
Gələn il “Avroviziya”da ilk dəfə iştirak edəcəklər
18:14
İyunda dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb
18:12
"Qərbi Azərbaycanla bağlı sənəd və materialların toplanmasına davam etdirilir" - Əziz Ələkbərli
17:41
Ursula Fon der Lyayen: Aİ–Azərbaycan tərəfdaşlığını dərinləşdirmək üçün Bakıdayam
17:32
Avropa Komissiyasının Prezidenti Azərbaycana səfərə gəldi - FOTO
17:13
Şöbə rəhbəri işindən ayrıldı
16:43
Elnur Hidayətoğlu TƏBİB-dəki işindən ayrıldı
16:36
Respondentlərin 93.6 faizi Prezidentin fəaliyyətini müsbət qiymətləndirir - SORĞU
16:26
Yəhudi icmalarından Knessetə “erməni soyqırımı” çağırışı
16:20
Bu şəxslərin evləri pulsuz TƏMİR OLUNACAQ
16:11
İrəvan Brüsselə yaxınlaşır: Lyayen Ermənistana NƏ APARACAQ?
16:00
"İdrak" liseyində müəllimini güllələyən şagirdlə bağlı ŞOK DETAL
15:55
İnfantino Trampa hədiyyə göndərib
15:46
Hakan Fidan Türkiyənin hədəflərini açıqladı
15:42
Günvurma təhlükəsi ilə bağlı əhaliyə MÜRACİƏT EDİLİB
15:35
Moskva TRIPP-dan kənarda qalmaq istəmir: Dəstək, yoxsa nəzarət?
15:25
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində tədbir keçirildi - FOTOLAR
15:11
Ermənistan XİN Qaluzinin TRIPP dəhlizilə bağlı fikirlərinə münasibət bildirib
15:05
II və III qruplar üzrə qəbul imtahanında 41 mindən çox abituriyent iştirak edəcək
14:58
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır
14:48
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR