Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Qırğızıstanın xarici işlər naziri ilə birgə mətbuat konfransı keçirib.
EDnews Türkiyə mediasına istinadən xəbər verir ki, Hakan Fidan konfransda Türkiyənin Avropa İttifaqı ilə münasibətlərin inkişafı üçün problemləri sistemli şəkildə aradan qaldıracağını bildirib.
O bildirib ki, Türkiyənin Avropa İttifaqına tam üzvlüyü strateji hədəfdir.
Hakan Fidan qeyd edib ki, Xarici İşlər Nazirliyi Aİ ilə əlaqələrin koordinasiyasına cavabdeh qurum kimi həm tam üzvlük prosesinin, həm də mövcud əməkdaşlıq mexanizmlərinin daha da irəli aparılması üçün işlərini davam etdirir.
Onun sözlərinə görə, Aİ-yə üzv dövlətlərin əksəriyyəti ilə Türkiyənin ikitərəfli siyasi, iqtisadi və ticarət münasibətlərində ciddi problem yoxdur.








