İran Prezidenti Məsud Pezeşkian bildirib ki, başçılıq etdiyi hökumət İslam Respublikasının Ali rəhbəri Müctəba Xameneiyə tabedir.
EDnews xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.
"Əgər rəhbərlik danışıqlar (ABŞ ilə - red.) aparmamağı əmr etsəydi, biz mütləq tabe olardıq", - o qeyd edib.
İran Prezidenti hökumətin rəhbərliyin rəyinə tabe olmaması ilə bağlı bəzi ittihamlara istinad edərək, vurğulayıb ki, hökumət inqilab liderinin mövqeyinə əməl edir.







