Bu ilin yanvar-may aylarında Azərbaycanda 10 dövlət şirkəti tərəfindən ixrac edilən qeyri-neft məhsullarının ümumi dəyəri 433,655 milyon ABŞ dolları təşkil edib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 53,945 milyon ABŞ dolları və ya 11,06 % azdır.
EDnews Azərbaycanın İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, qeyri-neft sektorunda ixrac əməliyyatlarında iştirak edən dövlət şirkətlərinin siyahısına 25,55 % payla "SOCAR Polymer" MMC başçılıq edib.








