İyunda dövlət sərhədini pozmağa cəhd göstərən 21 nəfər saxlanılıb.
EDnews xəbər verir ki, sözügedən məsələ Dövlət Sərhəd Xidmətinin iyun ayı üçün yaydığı icmalda əksini tapıb.
Qeyd olunub ki, onların 8-i Azərbaycan, 5-i İran, 2-si Əfqanıstan, 6-sı Nigeriya vətəndaşı оlub.
Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 8 nəfər saxlanılıb.
Sərhəd rеjim qaydalarını pоzduqlarına görə 25 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.
Həmçinin ölkədən çıxışı qadağan edilmiş 825 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olan 32 nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınıb.







