Rəsmi İrəvan Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinin Moskvanın TRIPP-də iştirakının layihəyə fayda verəcəyi barədə fikirlərinə münasibət bildirib.
EDnews “Newsarmenia”ya istinadən xəbər verir ki, Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan deyib ki, hazırda TRIPP Ermənistan-ABŞ formatında həyata keçirilir, saziş imzalanıb və icra mərhələsindədir.
“Mən hazırda gələcəklə bağlı hər hansı fikir bildirmək istəməzdim”, - nazir müavini Rəsmi İrəvan üçün Moskvanın TRIPP-də hər hansı formatda iştirakının məqbul olub-olmaması və ya bunun gələcəkdə müzakirə edilə biləcəyi ilə bağlı suala cavabında qeyd edib.
Safaryan əlavə edib ki, hazırda Ermənistan Respublikası Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvüdür və tranzit qaydaları Aİİ-nin normaları ilə tənzimlənir.








