Kriştiano Ronaldo Portuqaliya millisindəki karyerası ilə bağlı diqqətçəkən açıqlama verib.
EDnews xəbər verir ki, ulduz futbolçu bildirib ki, milli komanda üçün əlindən gələn hər şeyi edib və buna görə heç bir peşmanlıq hiss etmir.
"Məndən əvvəl Portuqaliyanın heç bir titulu yox idi. Mən Portuqaliyaya üç titul qazandırdım. Əlimdən gələn hər şeyi etdim və buna görə peşman deyiləm. Bu futboldur və futbolda belə anlar olur. Ölkəm üçün bacardığımın ən yaxşısını etməyə çalışdım. Bundan əvvəl də dediyim kimi, bu mənim üçün sonuncu dünya çempionatı idi", – deyə Ronaldo vurğulayıb.
39 yaşlı futbolçunun bu açıqlaması onun dünya çempionatları tarixində son iştirakını təsdiqləməsi baxımından futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olub.
Qeyd edək ki, Ronaldo dünya çempionatlarında 11 qol vurub. Hücumçunun dünya çempionatlarında ən yaxşı nailiyyəti 2006-cı ildəki dördüncü yer olub.







