İranın Məşhəd şəhərində Əli Xameneinin dəfn mərasimindən sonra atışma baş verib.
EDnews İran mediasına istinadən xəbər verir ki, məlumata görə, hadisə Məşhədin qərbində yerləşən Sərfərzan rayonunda, dəfn mərasiminin keçirildiyi İmam Rza ziyarətgahından 15 kilometrdən çox məsafədə qeydə alınıb.
Atışma nəticəsində iki nəfər həlak olub.
Bildirilir ki, hadisənin başvermə səbəbi və ölən şəxslərin kimliyi hələlik açıqlanmayıb. Eyni zamanda, dəfn mərasiminin keçirildiyi ərazi və marşrut boyunca hər hansı təhlükəsizlik pozuntusunun qeydə alınmadığı vurğulanıb.
Qeyd edək ki, məlumatı İranın Sabereen News Telegram kanalı Rəzəvi Xorasan əyalətinin təhlükəsizlik direktorunun müavininə istinadən yayıb. Rəsmi qurumlar hadisə ilə bağlı hələ geniş açıqlama verməyiblər.







