Norveç millisinin hücumçusu Erlinq Haaland təkcə Dünya Çempionatındakı möhtəşəm oyunu ilə deyil, həm də illər əvvəl yazdığı replə yenidən diqqət mərkəzinə düşüb.
EDnews xəbər verir ki, “Mançester Siti”nin ulduz futbolçusunun 2016-cı ildə dostları Erik Botheim və Erik Tobias Sandberqlə birlikdə hazırladığı “Kygo jo” adlı mahnı sosial şəbəkələrdə yenidən populyarlaşıb.
O zaman cəmi 15 yaşı olan Haaland “Lyng” təxəllüsü ilə mahnıda rep ifa edib.
Mahnının ev şəraitində çəkilmiş klipində Haaland dostları ilə birlikdə qril hazırlayır, batutda tullanır və oyuncaq avtomobildə görüntülənir. Aradan on il keçməsinə baxmayaraq, video yenidən gündəmə gələrək, “YouTube” platformasında 21 milyondan çox baxış toplayıb.







