2006-cı il Nobel Sülh Mükafatı laureatı, Grameen Bankın təsisçisi professor Məhəmməd Yunus Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyevə təşəkkür məktubu göndərib.
Məktubda professor Məhəmməd Yunus 16-cı Sosial Biznes Günündə iştirakına və tədbirə verdiyi töhfəyə görə Umud Mirzəyevə minnətdarlığını ifadə edib.
Sözügedən məktubu təqdim edirik:
"Sizin iştirakınız təkcə tədbirdə yer almaq deyil, həm də müsbət dəyişikliklərə çağırış və bu istiqamətdə güclü bir töhfə idi.
Müzakirələr zamanı nümayiş etdirdiyiniz düşüncəli yanaşma və bölüşdüyünüz özünəməxsus baxış bucağı məndə dərin təəssürat yaratdı. Bu, mənə bir daha bu yola hansı məqsədlə çıxdığımı xatırlatdı. Əqidəyə söykənən bir səs bəzən bütöv bir qlobal cəmiyyətin inkişaf istiqamətini dəyişə bilər.
Məhz Sizin kimi insanların dəyərli fikirləri və baxışları qlobal ictimaiyyətimizə sözdən əmələ keçmək üçün yol xəritəsi təqdim edir. Bu ilin 'Sosial Biznes: Parçalanmış Dünyada Sülhün Dili' mövzusu da Sizin çıxışlarınız və fəaliyyətiniz sayəsində öz real ifadəsini tapdı.
Biz bu il Grameen hərəkatının 50 illiyini və Nobel Sülh Mükafatının təqdim edilməsinin 20-ci ildönümünü qeyd edərkən, Sizin töhfəniz bir daha göstərdi ki, yoxsulluğun olmadığı bir dünya uzaq bir arzu deyil, birlikdə qurduğumuz real bir gələcəkdir. Siz bu əlamətdar yubileyin həqiqətən mənalı olmasına mühüm töhfə verdiniz.
Sizinlə birlikdə olmaq bizim üçün böyük məmnunluq idi. Fədakarlığınız və bu dəyərlərə sadiqliyiniz gələcəyə ümid verir.
Vaxtınızı və dəyərli biliklərinizi ortaq hərəkatımıza həsr etdiyiniz üçün Sizə təşəkkür edirəm. Ümid edirəm ki, bu yolu gələcəkdə də birlikdə davam etdirəcəyik".



.jpg)




