Səhhətində yaranan problemlə əlaqədar süni tənəffüs aparatına qoşulan Xalq şairi Nəriman Həsənzadənin son vəziyyəti açıqlanıb.
Xalq şairinin köməkçisi Arif Mehmandost bu barədə EDnews-a danışıb.
O, bildirib ki, Nəriman Həsənzadənin vəziyyətində hələlik müsbət irəliləyiş qeydə alınmayıb.
“Xalq şairi hazırda süni tənəffüs aparatına qoşulub. Həkimlər onu aparatdan ayırmağa cəhd etsələr də, hələlik orqanizmi buna uyğunlaşmayıb. O, özünə gəlməyib və vəziyyəti ağır olaraq qalır”, – deyə Arif Mehmandost bildirib.







