Mülki PUA-larla bağlı YENİ QAYDA

Mülki PUA-larla bağlı <span class="text-danger">YENİ QAYDA</span>

Mülki pilotsuz uçuş aparatlarına (PUA) nəzarət olacaq, yoxlamalar aparılacaq.

EDnews xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Aviasiya haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, PUA-rın istismarı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu Qanuna və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarına uyğun olaraq verilən qeydiyyat sertifikatı və istismarçı sertifikatı (və əməliyyat icazəsi) əsasında həyata keçiriləcək. Avtonom pilotsuz uçuş aparatı yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlar əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən coğrafi zonalarda uça bilər.

Fiziki və hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxsin filialı və nümayəndəliyi operator qismində fəaliyyət göstərmək üçün “Nəqliyyat haqqında” qanunla müəyyən edilmiş qaydada şəhadətnamə almalıdırlar.

Avtonom pilotsuz uçuş aparatının idarə edilməsini həyata keçirən operator fiziki şəxs olduqda özü, hüquqi şəxs olduqda isə onun avtonom nəqliyyat vasitələrinin avtomatlaşdırılmış idarəetmə sistemi vasitəsilə idarə edilməsinə nəzarəti həyata keçirən işçiləri, avtomatlaşdırılmış idarəetmə sistemi və məsafədən idarəetmə mərkəzi “Nəqliyyat haqqında” qanunda qeyd edilən tələblərə cavab verməlidir.

Avtonom pilotsuz uçuş aparatının uçuş əməliyyatlarına Azərbaycan Respublikasının hava məkanı hüdudlarında hava məkanından istifadənin planlaşdırılmasını və koordinasiyanı, hava hərəkətinin təşkilini, eləcə də hava hərəkətinin təşkilinə görə məsuliyyətin Azərbaycan Respublikasına həvalə olunduğu rayonlarda nəzarəti təmin edən pilotsuz uçuş aparatının uçuşlarının idarə edilməsi və əlaqələndirilməsi mərkəzi tərəfindən icazə verilir.

Avtonom pilotsuz uçuş aparatının əməliyyatları coğrafi zonaların şərtlərinə və məhdudiyyətlərinə uyğun həyata keçirilməlidir.

Nəzarət olunan hava məkanında və aerodromyanı ərazidə avtonom pilotsuz uçuş aparatının əməliyyatları pilotsuz uçuş aparatının uçuşlarının idarə edilməsi və əlaqələndirilməsi mərkəzinin icazəsi ilə həyata keçirilir.

Mərkəz icazənin verilməsindən aşağıdakı hallarda imtina edir:

- düzgün olmayan məlumatlar və sənədlər təqdim olunduqda;

- hava şəraiti ilə əlaqədar icazə verilməsi mümkün olmadıqda;

- coğrafi zonalarda uçuş əməliyyatlarına məhdudiyyət qoyulduqda.

Layihəyə əsasən, bu qanunda müəyyən edilmiş müddəaların yerinə yetirilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) avtonom pilotsuz uçuş aparatının istismarçısı sertifikatını və əməliyyat icazəsini əldə etmiş həmin pilotsuz uçuş aparatının istismarçıları tərəfindən qanunun tələblərinə riayət olunmasına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunda (sahibkarlıq subyektlərinə münasibətdə) və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında müəyyən edilmiş qaydada nəzarət edir.

Avtonom pilotsuz uçuş aparatlarının mülki dövriyyəsinə nəzarət “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununa və digər normativ hüquqi aktlara əsasən həyata keçiriləcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Xəbər xətti

Balıqçılıq məhsullarına yeni satış qaydası MÜƏYYƏNLƏŞDİ
13:05
Bir kvadratmetri 1200-1800 manat: Bakıda ev qiymətləri niyə "əl yandırır" ?
13:00
İlham Əliyev Gürcüstana təbii qaz təchizatı barədə sazişi təsdiqləyib
12:56
Azərbaycanın mesajı İsrailə çatdı! Qondarma “erməni soyqırımı”na DAHA BİR ZƏRBƏ
12:50
Onlayn qumar oyunları ilə bağlı CƏZALAR SƏRTLƏŞDİRİLİR - 4 İLƏDƏK HƏBS
12:48
Nobel Sülh Mükafatı laureatı Umud Mirzəyevə təşəkkür məktubu ünvanladı - FOTO
12:39
Bu ərazidə yeni avtomobil körpüləri tikilir
12:31
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndəriləcək
12:11
Hesablama Palatasına yeni səlahiyyət verilir
11:43
Mülki PUA-larla bağlı YENİ QAYDA
11:33
Avtonom nəqliyyat vasitələri üçün YENİ TƏLƏBLƏR
11:23
Milli Məclisin iclası BAŞLADI
11:16
Şüvəlan dənizində batan 19 yaşlı qızın axtarışları DAVAM ETDİRİLİR
11:12
Şiraza ağır zərbələr: SEPAH komandiri öldürüldü
10:57
Tramp NATO sammitində niyə İrana zərbə əmrini verdi? – SƏBƏBİ AÇIQLANDI
10:46
Çayxanada söhbət qanlı bitdi: SİFƏTİNƏ BIÇAQ VURDU
10:39
Bu günə olan HAVA PROQNOZU
10:36
ADB-dən Azərbaycan iqtisadiyyatı ilə bağlı SABİT PROQNOZ
10:30
Zakir Həsənov Selçuk Bayraktarla görüşüb
10:24
ABŞ səfirliyi: AECOM TRIPP layihəsini qiymətləndirib
10:19
Türkiyə Rusiyadan aldığı "S-400"ləri satıb
10:16
Şuşada Qlobal Media Forumu keçiriləcək
10:11
İran Trampa sui-qəsd hazırlayıb: İsrail üstünü açdı
10:05
Bakıda velosiped və skuter sürənlərə ŞAD XƏBƏR
09:53
Azərbaycan və Serbiya kibertəhlükəsizliyi müzakirə etdi
09:47
Neftin qiyməti 77 dollara yaxınlaşdı
09:25
Sürücülərin nəzərinə: BU YOLLARDA TIXAC VAR
08:57
Almeriyada dəhşətli meşə yanğını: 12 nəfər həyatını itirdi
08:49
İçinə cəmi bir dodaq boyası sığır, qiyməti isə 2 milyon dollardır!-Fotolar
08:37
Bitcoin bahalaşdı, kriptobazarın dəyəri 2,19 trilyon dollara çatdı
08:15
Gəncədə yeniyetmələr arasında qanlı insident: 16 yaşlı oğlan bıçaqlandı
07:47
Bu bürclər yaxın günlərdə sürprizlərlə qarşılaşa bilər
07:45
Paytaxt sakinlərinə vacib xəbər: Bu ünvanlarda elektrik olmayacaq
07:35
Porsche satışlarında kəskin eniş: Son 6 ilin ən zəif göstəricisi qeydə alındı
07:17
Fransada rekord istilər: Dünyanın ən məşhur muzeyi erkən bağlanacaq
07:10
Haalandın 10 il əvvəl yazdığı mahnı viral oldu - Video
07:00
"Reuters": Putin Ukraynadakı müharibənin yeni eskalasiyasına hazırlaşır
06:45
Sakinlərin diqqətinə: Bu rayonlarda işıq olmayacaq
06:28
Çindəki zooparkda 100-dən çox heyvanı sel aparıb
06:24
Kerem Bürsin Rusiya filmində çəkiləcək
06:20
Bu ay tarixə düşdü
06:17
“Qızıl top” uğrunda böyük mübarizə - İlk “20-lik” açıqlandı
06:10
“Məhəmməd” yenə birinci oldu
06:05
Çuğundurun gözlənilməyən yan təsirləri
03:35
Gündə 10 min addım gəzmək orqanizmə necə təsir edir?
03:00
Alimlərdən daha bir ilk
02:30
Xameneinin dəfnindən sonra Məşhəddə atışma: iki nəfər ölüb
02:04
Livan və İsrail Romada qapalı müzakirə keçirəcək
00:29
Fransa - Mərakeş oyunu BAŞLADI
00:09
10.07.2026
ABŞ bazalarına İran zərbələri – Bəzi hədəflər vuruldu
23:57
Zelenski: Ukrayna “Freya” adlı strateji əhəmiyyətli layihəyə başlayır
23:37
Ərdoğan: Ukrayna üçün sülh kanalları AÇIQDIR
23:27
İranda PARTLAYIŞ SƏSLƏRİ EŞİDİLİR
23:05
Volodimir Zelenskidən Azərbaycan və Türkiyəyə TƏŞƏKKÜR
23:03
Məşhur aktyor axtarışa verildi
22:50
Çexiyada 5,5 bal gücündə zəlzələ baş verib
22:47
Dilində sərvət daşıyır - Foto
22:42
Hörmüz boğazındakı son proseslər müzakirə olunub - YENİLƏNİB
22:26
Daniel Osafo-Badu: "Qarabağ" möhtəşəm oyun sərgiləyib"
22:19
Zelenski: Yaxın günlərdə Ukrayna ABŞ-dən zenit raketləri alacaq
22:13
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR