Amerikanın "Apple" korporasiyasının səhmləri "Nasdaq" birjasında 6,12 % ucuzlaşaraq 275,15 dollarla bağlanıb.
EDnews-un məlumatına görə, bunu "Nasdaq" elektron birjasının ticarət məlumatları göstərir.
Cümə axşamı şirkət "Mac" kompüterləri və "iPad" planşet xətlərində qiymətlərini artırıb. Modeldən asılı olaraq cihazların qiyməti təxminən 100-300 dollar artıb.
Daha əvvəl "Apple"ın baş direktoru Tim Kuk mikrosxemlərin qiymətinin kəskin artması səbəbindən bəzi məhsulların qiymətlərini artırmaq planlarını açıqlayıb.
"NBC News" telekanalı qeyd edib ki, kotirovkaların 6,12 % azalması "Apple" üçün bir ildən çox müddətdə ən pis nəticə olub.






