"İstəyim odur ki, gənclərə yol açılsın".
Aktrisa Zarina Qurbanova bunu Azərbaycan Kinematoqrafçılar İttifaqına (AKİ) keçirilən sədr seçkiləri zamanı EDnews-a açıqlamasında deyib.
"Bura o məqsədlə gəlmişəm. Bəzən hər şey yaxşı görsənir. Hansıa layihələr, proseslər gedir, amma bu sahədə olan aktyor, aktrisalar, rejissorlar, prodüserlər hər şeydən xəbərdardır. Heç nə kənardan göründüyü kimi deyil. Ona görə düşünürəm ki, yaxşı olardı ki, gənc kadr seçilsin və bizə yol açılsın".
Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) yeni sədr seçilir. Qurultay “Landmark Hotel”də keçirilir.
Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri, Xalq artisti Rasim Balayev martın 29-da vəfat edib. O, ağciyər xərçəngindən və yüksək şəkərdən əziyyət çəkirdi.
Aytac Kərimova | EDnews







