Rusiya dizel ixracını dayandırdı: Kim qazanacaq, kim bədəl ödəyəcək? - MÜSAHİBƏ

Rusiya dizel ixracını dayandırdı: Kim qazanacaq, kim bədəl ödəyəcək? <span class="text-danger">- MÜSAHİBƏ</span>

Rusiya dizel yanacağının ixracını müvəqqəti dayandıraraq bu qərarı neft emalı həcmlərinin azalmasından sonra daxili bazarda vəziyyəti sabitləşdirmək zərurəti ilə izah edib. Bu addım geniş rezonans doğurub, çünki Rusiya dünyada dizel yanacağının ən iri ixracatçılarından biridir və onun ixrac siyasətində baş verən istənilən dəyişiklik qlobal enerji bazarlarına ciddi təsir göstərə bilər.

Maraqlıdır, bu qərarın dünya iqtisadiyyatı üçün hansı nəticələri olacaq? Hansı ölkələr dizel çatışmazlığı ilə üzləşəcək, hansıları isə yaranmış vəziyyətdən iqtisadi üstünlük əldə edə biləcək? Bu məhdudiyyətlər Rusiyanın iqtisadiyyatına təzyiqi daha da artıra bilərmi? 

Bu və digər sualları EDnews-a eksklüziv müsahibəsində enerji və beynəlxalq bazarlar üzrə ekspert Oleq Sarkiç cavablandırıb. 

— Rusiyanın dizel yanacağının ixracını dayandırması qlobal enerji bazarına necə təsir göstərə bilər?

— İlk növbədə başa düşmək lazımdır ki, söhbət xam neft tədarükünün azalmasından deyil, məhz hazır neft məhsulları bazarından gedir. Dizel yanacağını qısa müddətdə alternativ mənbələrlə əvəz etmək xam neftlə müqayisədə daha çətindir. Buna görə də belə bir qərarın nəticələri daha ciddi hiss olunur.

Problemin miqyasını qiymətləndirmək üçün əvvəlcə bu qərarın Rusiyanın özünə təsirini nəzərdən keçirmək, daha sonra isə onun qlobal bazarlar üçün nəticələrini təhlil etmək lazımdır.

Rusiya dünyanın ən böyük dizel yanacağı ixracatçılarından biri olaraq qalır. Avropa İttifaqının sanksiyalarına qədər Rusiya dizelinin əsas alıcıları məhz Avropa ölkələri idi. Məhdudiyyətlər tətbiq edildikdən sonra isə ixrac axınları Türkiyə, Braziliya, Afrika ölkələri, Yaxın Şərq və qismən Asiya bazarlarına yönləndirildi.

2024-cü ildə Rusiyadan Türkiyəyə dizel yanacağı tədarükü təxminən 16,8 milyon tona, Braziliyaya isə 7,5 milyon tona çatmışdı. Lakin hazırda vəziyyət dəyişib.

Rusiya dizel yanacağının ixracını 2026-cı il iyulun 31-dək dayandırdığını elan edib. Rəsmi Moskva bu qərarı neft emalı infrastrukturuna endirilən zərbələrdən sonra ölkə daxilində yaranmış yanacaq çatışmazlığı ilə izah edir.

Artıq iyun ayında Rusiyanın dəniz yolu ilə dizel yanacağı ixracı təxminən 40 faiz azalıb, iyulun əvvəlində isə bu göstərici sutkada cəmi 214 min barel təşkil edib.

— Bu məhdudiyyətlər tətbiq edildikdən sonra hansı ölkələr daha çox zərər görəcək?

— Rusiya Avropa bazarını itirdikdən sonra rus dizel yanacağının ən böyük alıcısı Türkiyə oldu. Bu ölkə təkcə daxili tələbatını ödəmirdi, eyni zamanda dizelin digər bazarlara yenidən ixracı üçün mühüm logistika mərkəzi kimi çıxış edirdi.

Braziliya da Rusiya dizelinin əsas ixrac istiqamətlərindən biri olaraq qalırdı. Lakin indiki qadağadan əvvəl də Rusiya şirkətləri Braziliya bazarında ciddi məhdudiyyətlərlə üzləşirdilər.

Bunun əsas səbəbi Braziliyanın ABŞ ilə sıx əməkdaşlıq etməsidir. Vaşinqton bu ölkəni öz neft məhsullarının ixracı üçün perspektivli bazar hesab edir. Buna görə də ABŞ-nn Rusiyanın Braziliya bazarında mövqelərinin güclənməsində maraqlı olmadığı aydındır.

Bundan başqa, Rusiya dizeli Afrika ölkələrinə, eləcə də Yaxın Şərqə – ilk növbədə Mərakeşə, Misirə və Səudiyyə Ərəbistanına göndərilirdi. Lakin bu istiqamətlər də əksər hallarda son istehlak bazarı deyil, dizelin sonradan digər ölkələrə yenidən ixrac edilməsi üçün tranzit mərkəzləri kimi istifadə olunurdu.

Monqolustan da yanacağın sonrakı paylanması üçün logistika qovşağı rolunu oynayırdı.

Ümumilikdə isə daha geniş mənzərəyə baxsaq, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamasından və Qərbin sanksiyalar tətbiq etməsindən sonra Moskva faktiki olaraq ən gəlirli bazarlarını itirib. Sonradan yönləndirilən yeni ixrac marşrutları əvvəllər Avropa bazarının təmin etdiyi həcmləri əvəz edə bilmədi.

Nəticədə, ixracın yeni istiqamətlərə yönəldilməsinə baxmayaraq, Rusiya dünya neft məhsulları bazarında əvvəlki mövqelərini tam bərpa edə bilməyib.

— Rusiyanın dizel yanacağının ixracını dayandırması qlobal yanacaq bazarına necə təsir göstərəcək?

— İlk növbədə bu, dizel yanacağının qiymətlərinin artmasına səbəb olacaq. Dizel ənənəvi olaraq xam neftlə müqayisədə daha yüksək qiymət əlavəsi ilə satılır. Bunun səbəbi onun istehsalı üçün emal prosesinin tələb olunması və bazarda yaranan çatışmazlığı qısa müddətdə kompensasiya etməyin çətin olmasıdır.

Artıq bu gün Avropada dizelin qiyməti bir barel üçün 135 ABŞ dollarına yaxınlaşır. Eyni zamanda qeyd etmək lazımdır ki, xam neftin qiyməti nisbətən sabit qalır.

Yaxın Şərqdə vəziyyətin yenidən gərginləşməsinə baxmayaraq, neft bazarı buna kifayət qədər təmkinli reaksiya verdi. Aktiv döyüş əməliyyatlarının dayandırılması ilə bağlı açıqlamalardan sonra neft qiymətləri sabitləşdi, gərginliyin yenidən artması isə Brent markalı neftin qiymətinin cəmi təxminən 5 faiz bahalaşmasına səbəb oldu.

Dizel bazarında isə vəziyyət tam fərqlidir. Bu seqmentdə çatışmazlıq daha tez hiss olunur və nəticədə dizelin qiyməti xam neftdən daha sürətlə bahalaşa bilər.

— Bu vəziyyətdə əsas qazanan tərəflər kimlər olacaq?

— İlk növbədə Rusiyanın rəqibi olan ölkələrin neft emalı müəssisələri üstünlük əldə edəcək.

Hazır yanacaq bazarında çatışmazlıq yarandıqda emal müəssisələri məhsullarının qiymətini artırmaq və gəlirlərini əhəmiyyətli dərəcədə yüksəltmək imkanı qazanırlar.

Söhbət ilk növbədə ABŞ və Avropa İttifaqının neft emalı zavodlarından gedir.

Onlar yaxşı anlayırlar ki, Rusiya yaxın perspektivdə əvvəlki ixrac həcmlərini tez bir zamanda bərpa edə bilməyəcək. Buna görə də bu vəziyyət Qərb istehsalçıları üçün təkcə iqtisadi imkan deyil, həm də ciddi rəqabət üstünlüyüdür.

Bundan əlavə, alternativ tədarük bazarları uğrunda rəqabət güclənəcək.

Türkiyə, Braziliya, Afrika və Asiya ölkələri dizel yanacağını yeni təchizatçılardan almağa məcbur olacaqlar.

Bu bazarlarda əsas namizədlər ABŞ, Avropa istehsalçıları, Fars körfəzi ölkələri, Cənubi Koreya, Çin və Hindistandır.

— Bu prosesdə Hindistan hansı rolu oynaya bilər?

— Hindistan hazırda neft məhsulları bazarında dünyanın ən böyük oyunçularından biridir.

Ölkə xam nefti emal edir və hazır neft məhsullarını, o cümlədən Avropaya ixrac edir.

Lakin burada mühüm bir məqam var.

Avropa İttifaqı 2026-cı il yanvarın 1-dən etibarən yeni qayda tətbiq edib. Həmin qaydaya əsasən, əgər Hindistanın neft emalı zavodları son 60 gün ərzində Rusiya mənşəli xam neft alıblarsa, onların istehsal etdiyi yanacaq Avropa bazarına buraxılmayacaq.

Bu səbəbdən Hindistan sanksiya rejiminə ciddi şəkildə riayət etməlidir.

Bu, xüsusilə Hindistan ilə Avropa İttifaqı arasında ticarətin genişləndirilməsinə imkan verən yeni sazişin imzalanmasından sonra daha da əhəmiyyət kəsb edir.

Avropa bazarını itirməmək üçün Hindistan şirkətləri Aİ-yə ixrac ediləcək yanacağın istehsalında Rusiya mənşəli xam neftdən istifadəyə maksimum dərəcədə məhdudiyyət qoymalı olacaqlar.

— Bu prosesin dünya iqtisadiyyatına təsiri nə dərəcədə ciddi ola bilər?

— Hətta Rusiyadan birbaşa dizel almayan ölkələr də bunun nəticələrini hiss edəcəklər.

Dünyanın ən böyük təchizatçılarından biri bazardan çəkildikdə qlobal ticarət marşrutları yenidən formalaşır.

Bu isə idxalçılar arasında rəqabətin artmasına, daşınma xərclərinin yüksəlməsinə və demək olar ki, bütün regionlarda qiymətlərin bahalaşmasına gətirib çıxarır.

Bu proses xüsusilə iqtisadiyyatı dizel yanacağından ciddi şəkildə asılı olan ölkələr üçün daha həssasdır.

Dizel yük avtomobillərində, dəmir yolu nəqliyyatında, kənd təsərrüfatında, tikinti texnikasında, generatorlarda və hərbi logistikada geniş istifadə olunur.

Yanacağın qiymətində baş verən istənilən artım avtomatik olaraq daşınma xərclərinə, ərzaq istehsalına, tikinti materiallarının maya dəyərinə və geniş istehlak mallarının qiymətlərinə təsir göstərir.

Məhz buna görə də dizelin bahalaşması demək olar ki, həmişə inflyasiya təzyiqinin güclənməsi ilə müşayiət olunur.

Biznes üçün bu, istehsal və logistika xərclərinin artması, istehlakçılar üçün isə mal və xidmətlərin daha da bahalaşması deməkdir.

Fatimə  Şükürova | EDnews 

Xəbər xətti

Azərbaycan futbolunda 13 il sonra YENİDƏN TARİXİ UĞUR
17:11
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib - YENİLƏNİB
17:00
Bakıda 6 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir
16:58
Azərbaycanlı şair vəfat edib
16:52
Kamran Əliyev Balakəndə qəbul keçirdi - Foto
16:45
Nazirlərin toplandığı zalda gizli cihaz tapıldı – rəsmi açıqlama gəldi
16:40
Elektron siqaretlər QADAĞAN EDİLİR
16:35
Türkiyə S-400-ləri satmaqla üç hədəfə çata bilər - EKSPERT AÇIQLADI
16:30
Doktorantura imtahanlarının tarixləri AÇIQLANDI
16:25
Moskvadan Türkiyənin S-400-ləri satmasına REAKSİYA
16:10
“Shacman” aşdı, sürücü xəsarət aldı - FOTO
16:00
Rusiya bu günə düşdü: Yeltsin bilsəydi...
15:43
Modinin yaşı səfər planını dəyişdi: Pilləkənlər proqramdan çıxarıldı
15:36
Rusiya dizel ixracını dayandırdı: Kim qazanacaq, kim bədəl ödəyəcək? - MÜSAHİBƏ
15:30
Balıq satışında YENİ QAYDALAR: Bu məhsullar bazara buraxılmayacaq
15:16
Naxçıvanda avtobus yanıb
15:11
Azərbaycan klublarının UEFA Avropa Liqasında 300-cü qolunu vurdu
15:03
Zaqatalada seldən sonra elektrik enerjisi bərpa olunub - RƏSMİ
14:43
Xalq artisti qızı ilə Fransada fotosessiya etdirdi
14:25
Kəlbəcərdə ard-arda iki mina partladı
14:15
İnzibati Xətalar Məcəlləsinə çoxsaylı dəyişikliklər I oxunuşda QƏBUL EDİLİB
14:04
Əcnəbilər üçün YENİ ELEKTRON PROSEDUR
13:55
Moskvada raket təhlükəsi ELAN OLUNUB
13:50
Milli Məclisin növbəti iclasının tarixi AÇIQLANDI
13:44
Toxumçuluq qaydalarını pozanları yeni cərimələr gözləyir
13:35
Elnur Məmmədov ABŞ-yə səfər edib - FOTOLAR
13:26
Nəriman Həsənzadənin vəziyyəti ağır olaraq qalır
13:19
Sabahın havası AÇIQLANDI
13:11
Balıqçılıq məhsullarına yeni satış qaydası MÜƏYYƏNLƏŞDİ
13:05
Bir kvadratmetri 1200-1800 manat: Bakıda ev qiymətləri niyə "əl yandırır" ?
13:00
İlham Əliyev Gürcüstana təbii qaz təchizatı barədə sazişi təsdiqləyib
12:56
Azərbaycanın mesajı İsrailə çatdı! Qondarma “erməni soyqırımı”na DAHA BİR ZƏRBƏ
12:50
Onlayn qumar oyunları ilə bağlı CƏZALAR SƏRTLƏŞDİRİLİR - 4 İLƏDƏK HƏBS
12:48
Nobel Sülh Mükafatı laureatı Umud Mirzəyevə təşəkkür məktubu ünvanladı - FOTO
12:39
Bu ərazidə yeni avtomobil körpüləri tikilir
12:31
Hesablama Palatasına yeni səlahiyyət verilir
11:43
Mülki PUA-larla bağlı YENİ QAYDA
11:33
Avtonom nəqliyyat vasitələri üçün YENİ TƏLƏBLƏR
11:23
Milli Məclisin iclası BAŞLADI
11:16
Şüvəlan dənizində batan 19 yaşlı qızın axtarışları DAVAM ETDİRİLİR
11:12
Şiraza ağır zərbələr: SEPAH komandiri öldürüldü
10:57
Tramp NATO sammitində niyə İrana zərbə əmrini verdi? – SƏBƏBİ AÇIQLANDI
10:46
Çayxanada söhbət qanlı bitdi: SİFƏTİNƏ BIÇAQ VURDU
10:39
Bu günə olan HAVA PROQNOZU
10:36
ADB-dən Azərbaycan iqtisadiyyatı ilə bağlı SABİT PROQNOZ
10:30
Zakir Həsənov Selçuk Bayraktarla görüşüb
10:24
ABŞ səfirliyi: AECOM TRIPP layihəsini qiymətləndirib
10:19
Türkiyə Rusiyadan aldığı "S-400"ləri satıb
10:16
Şuşada Qlobal Media Forumu keçiriləcək
10:11
İran Trampa sui-qəsd hazırlayıb: İsrail üstünü açdı
10:05
Bakıda velosiped və skuter sürənlərə ŞAD XƏBƏR
09:53
Azərbaycan və Serbiya kibertəhlükəsizliyi müzakirə etdi
09:47
Neftin qiyməti 77 dollara yaxınlaşdı
09:25
Sürücülərin nəzərinə: BU YOLLARDA TIXAC VAR
08:57
Almeriyada dəhşətli meşə yanğını: 12 nəfər həyatını itirdi
08:49
İçinə cəmi bir dodaq boyası sığır, qiyməti isə 2 milyon dollardır!-Fotolar
08:37
Bitcoin bahalaşdı, kriptobazarın dəyəri 2,19 trilyon dollara çatdı
08:15
Gəncədə yeniyetmələr arasında qanlı insident: 16 yaşlı oğlan bıçaqlandı
07:47
Bu bürclər yaxın günlərdə sürprizlərlə qarşılaşa bilər
07:45
Paytaxt sakinlərinə vacib xəbər: Bu ünvanlarda elektrik olmayacaq
07:35
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR