Paşinyan seçkilərdən sonra niyə PUTİNİN QAPISINI DÖYDÜ?

Paşinyan seçkilərdən sonra niyə <span class="text-danger">PUTİNİN QAPISINI DÖYDÜ?</span>

Ermənistanda keçirilən parlament seçkilərindən sonra Baş nazir Nikol Paşinyan Rusiyaya səfər edib.

Səfər rəsmi olaraq beynəlxalq sənaye sərgisində iştirak məqsədi daşısa da, lakin Moskva və İrəvan arasında son dövrlər gərginləşən münasibətlər fonunda bu görüş xüsusi əhəmiyyət kəsb edir.

Mövzu ilə bağlı politoloq Taleh Əliyev EDnews-a danışarkən qeyd edib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya bu qeyri-rəsmi səfərini ilk xarici səfəri hesab etmək olmaz. Çünki bundan əvvəl o, İranın ali dini lideri Əli Xameneinin dəfn mərasimində iştirak etmək üçün Tehrana səfər edib. Lakin həmin səfər tamamilə fərqli xarakter daşıyırdı:

Taleh-Əliyev.jpg

"Moskva iyunun 7-də keçirilən parlament seçkilərindən sonra Nikol Paşinyanı rəsmi şəkildə təbrik etməsə də, Paşinyan bu səfərlə faktiki olaraq Ermənistanın yenidən seçilmiş lideri kimi Rusiyaya gedərək legitimliyini nümayiş etdirmək istədi. Bu səfər çərçivəsində isə Rusiya və ya Rusiyanın baş naziri Nikol Paşinyana hər hansı şərtlər diktə edə bilməz. Bundan əvvəl Vladimir Putin Paşinyanla görüşündə Rusiyada yaşayan Ermənistan vətəndaşlarının seçkilərdə daha fəal iştirak etməsi ilə bağlı istəyini ifadə edib. Lakin Paşinyan bu məsələyə xüsusi önəm vermədi. Bu baxımdan, Rusiyanın baş nazirinin də Paşinyana hər hansı mesaj və ya şərt diktə etməsi real görünmür".

Politoloq hesab edir ki, sözügedən səfər ikitərəfli münasibətlərin inkişafı baxımından da ciddi nəticələr verməyəcək. Habelə Nikol Paşinyanın Rusiyanın Ermənistandakı iqtisadi fəaliyyətinin inkişafına dəstək verəcəyi ilə bağlı səsləndirdiyi fikirlər yaxın dövrdə öz təsdiqini tapmayacaq. Əksinə, qarşıdakı mərhələdə bunun əksini müşahidə etmək mümkündür. Nikol Paşinyan dəfələrlə bəyan edib ki, Ermənistanın Avropa inteqrasiyası istiqamətində fəaliyyətini daha da gücləndirmək niyyətindədir. Eyni zamanda, Rusiyanın təsiri altında olan təşkilatlardan mərhələli şəkildə uzaqlaşma siyasətini davam etdirəcək.

Taleh Əliyev onu da əlavə edib ki, bu görüş daha çox formal xarakter daşıyırdı. Səfərin ən mühüm siyasi nəticəsi isə ondan ibarətdir ki, Moskvanın seçkilərdən sonra onu rəsmi şəkildə təbrik etməməsinə baxmayaraq, Nikol Paşinyan yenidən Ermənistanın lideri kimi Rusiyaya səfər etdi və bununla da öz siyasi legitimliyini nümayiş etdirmiş oldu.

Xatırladaq ki, son illərdə Ermənistanın Avropa İttifaqı ilə münasibətləri genişləndirilməsi, İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından uzaqlaşması və Rusiyanın regiondakı təsir imkanlarının zəifləməsi iki ölkə arasında fikir ayrılıqlarını daha da dərinləşdirib. Parlament seçkilərindən sonra Kremlin Paşinyanı rəsmi şəkildə təbrik etməməsi də münasibətlərdəki soyuqluğun davam etdiyini göstərən amillərdən biri kimi qiymətləndirilir.  

Aytac Kərimova | EDnews

Xəbər xətti

ABŞ İranın neft sektoruna qarşı sanksiyaları yumşaldan lisenziyanı ləğv edib
23:46
Azərbaycanda "Chevrolet Cobalt" istehsal ediləcək
23:39
Le Pen prezident seçkilərində NAMİZƏD OLACAQ
23:30
Bu ərazilərdə işıq olmayacaq
23:27
Hörmüz boğazı yaxınlığında üç tankerə hücum edildi
23:23
ABŞ Venesuelaya zəlzələ ilə bağlı 310 milyon dollardan çox yardım göstərib
23:18
Netanyahu: Türkiyəyə F-35 qırıcılarının verilməsi Yaxın Şərqdə qüvvələr balansını pozacaq
23:15
Türkiyədəki fərqli su qablaşdırması yapon naziri heyrətləndirdi - FOTO
23:10
Britaniya və Niderland 3,2 milyard dollar dəyərində yeni saziş imzalayıb
23:05
Messi dünya çempionatlarında assistlərin sayına görə Maradonanı geridə qoyaraq ilk sıraya yüksəlib
23:01
Netanyahudan Trampla bağlı ETİRAF
22:56
Macarıstanda dövlət televiziyası və radiosunun yayımı DAYANDIRILDI
22:50
Tbilisi hava limanı İŞIQSIZ QALDI
22:35
Paytaxtda dəhşət: Maşınla bir neçə dəfə həmyerlisinin üzərindən keçdi - FOTO
22:27
Paşinyan seçkilərdən sonra niyə PUTİNİN QAPISINI DÖYDÜ?
22:20
Çempionlar Liqası: “Sabah” Uelsin TNS komandasını MƏĞLUB ETDİ
22:13
DÇ-2026: Argentina Misir üzərində qələbə qazanaraq 1/4 finala yüksəldi - YENİLƏNDİ
22:07
Qismət Rüstəmov: “Bestseller yox, Longseller olmaq lazımdır” - VİDEO
21:59
Makron da Türkiyəyə gəldi
21:44
Danimarkanın baş naziri: "Qrenlandiya satılmır!"
21:38
Gəncədə yataqxanada baş verən YANĞIN SÖNDÜRÜLDÜ
21:30
Dəməşqdəki partlayışların məqsədi Makronun səfərini pozmaq olub
21:18
Sumqayıtda zəncirvari QƏZA BAŞ VERDİ
21:12
ABŞ bu il üçün ölkədə neft hasilatı proqnozunu gündəlik 60 min barel artırıb
21:02
Sabirabadda 54 yaşlı kişinin güllələnmiş meyiti tapıldı
20:54
Ərdoğan: Trampla gündəlikdə olan məsələləri həmrəyliklə həll edəcəyik
20:49
Kanada Ukraynaya 900 milyon dollarlıq yardım paketi təqdim edəcək
20:41
“Şamaxinka”da maşın yandı - Tıxac yarandı
20:37
Messi penaltini vura bilmədi - Yenilənir
20:31
Sabah bu ərazilərdə qaz kəsiləcək
20:20
Tramp Türkiyənin "S-400" sistemlərini almasından danışdı
20:15
Ermənistanda müxalifət lideri Qaqik Tsarukyan iki ay müddətinə həbs edilib
20:09
Fuad Nəbiyev yeni vəzifəyə təyin olundu
20:06
Məşhur klub "Qarabağ"ın futbolçusunu 12,5 milyona alır
19:49
Azərbaycan-ABŞ strateji tərəfdaşlıq münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub
19:46
Ərdoğan və Trampın sədrliyi ilə nümayəndə heyətləri arasında görüş başlayıb- Yenilənir
19:43
Nazirlik dəftərxana və təsərrüfat malları üçün 19 milyon manata yaxın pul ayırdı
19:40
Gəncədə qanlı hadisə: 17 yaşlı oğlan çənəsindən bıçaqlandı
19:38
Malayziyada futbol matçında FACİƏ
19:33
“Ərdoğan həmin məsələlərdə bizə dəstək verir”
19:31
“Sabah” TNS-yə qarşı - Start heyətlər
19:29
“Bir naşı piyada belə faciəyə səbəb ola bilər” – Nəqliyyat eksperti XƏBƏRDARLIQ ETDİ
19:16
Türkiyədə NATO əleyhinə etirazlar: Kimlər küçəyə çıxır?
19:08
Ölkəyə qanunsuz yolla 11 minə yaxın qlükometr keçirmək istədilər
19:04
Ərdoğanla Trampın təkbətək görüşü başa çatıb - YENİLƏNİB
18:52
Ləğv olunan dövlət şirkətinin 8,5 milyon manat vergi borcu var
18:43
Ağdamda minik avtomobili yük maşını ilə toqquşdu - Xəsarət alanlar var
18:39
Ukrayna Rusiyanın 12 gəmisinə zərbə endirib - YENİLƏNİB
18:37
Türkiyədə boya zavodunda güclü yanğın: Ölən və yaralananlar var
18:24
Trampda ŞOK AÇIQLAMA: Qrenlandiya ABŞ-nin nəzarətində olmalıdır
18:17
Bu tədbir Türkiyədə olmasa, iştirak etməzdim - Tramp
18:11
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - SİYAHI
18:04
Trampın Ankarada təhlükəsizliyi üçün bu tədbirlər görüldü - Fotolar
17:55
Samvel Karapetyan: Ermənistanda küçə mübarizəsi mütləq olacaq
17:48
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb - YENİLƏNİB
17:37
Taxıl sahəsində yük avtomobili YANDI
17:30
AZAL Qars şəhərinə uçuşlara başlayır
17:27
ABŞ Türkiyəyə qarşı sanksiyaları LƏĞV EDİR
17:26
Zelenski NATO Zirvəsində Azərbaycana təşəkkür edib
17:22
Zelenski: “NATO-nun kollektiv müdafiəsinin bir hissəsi olmalıyıq”
17:16
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR