Dəməşqin mərkəzində baş verən partlayışların məqsədi Fransa Prezidenti Emmanuel Makronun Suriyaya səfərini pozmaq olub.
EDnews xəbər verir ki, bunu Suriyanın keçid dövrünün prezidenti Əhməd əş-Şaraa bildirib.
Onun sözlərinə görə, hadisə ilə bağlı araşdırma aparılır və partlayışı törədənlər qısa zamanda saxlanılacaq.
Əş-Şaraa partlayışlara baxmayaraq səfərini davam etdirən Makronun cəsarətini yüksək qiymətləndirib və bildirib ki, səfər çərçivəsində Suriyanın müharibədən sonrakı bərpasına töhfə verəcək mühüm sazişlər imzalanıb.
Makron isə Suriyanın beynəlxalq birliyə inteqrasiyasına mane olmağa çalışan qrupların fəaliyyət göstərdiyini deyərək, ölkənin suverenliyinə müdaxiləni pisləyib.







