İsmayıllı rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanların vəziyyəti məlum olub.
Bu barədə TƏBİB-dən EDnews-un sorğusuna cavab olaraq bildirilib ki, İsmayıllı rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 2 nəfər kişi 6 iyul 2026-cı il tarixində saat 04:00 radələrində İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bədənin müxtəlif nahiyələrinin açıq yaraları və sınıqları diaqnozları təyin olunan şəxslərə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti qənaətbəxş olan 1985-ci il təvəllüdlü şəxs ambulator müalicə üçün evə buraxılıb.
1988-ci il təvəllüdlü şəxs isə cərrahi əməliyyat olunması üçün Abşeron Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib.
Aytac Kərimova | EDnews







