Suriyanın turizm nazirinin müavini Fərəc əl-Kaşkuş Dəməşqdə baş verən partlayışlar nəticəsində yaralanıb.
EDnews xəbər verir ki, bu barədə "Al-Hadath" telekanalı məlumat yayıb.
"Suriyanın turizm nazirinin müavini Fərəc əl-Kaşkuş Dəməşqdəki partlayışlar nəticəsində yaralanıb", - məlumatda bildirilib.
***
Suriyanın paytaxtı Dəməşqdə Turizm Nazirliyinin və Fransa prezidenti Emmanuel Makronun qaldığı hotelin yaxınlığında baş verən iki partlayış nəticəsində 18 nəfər xəsarət alıb.
EDnews yerli KİV-ə istinadən xəbər verir ki, xəsarət alanlardan 4 nəfəri polis əməkdaşıdır.





