Hindistanın Baş naziri Narendra Modinin yaşı onun Yeni Zelandiyaya planlaşdırılan səfərinin təşkilində nəzərə alınan əsas məqamlardan biri olub.
EDnews xəbər verir ki, bu barədə “Stuff” nəşri məlumat yayıb.
75 yaşlı Modinin səfər proqramı hazırlanarkən onun gün ərzində istirahət etməsi üçün fasilələr nəzərdə tutulub. Bundan əlavə, Modinin pilləkənlərdən istifadə etməsinə ehtiyac qalmayan məkanların seçilməsinə üstünlük verilib.
Bu qərarın Modinin bir neçə il əvvəl ictimai tədbirlərin birində yıxılması ilə əlaqəli olduğu ehtimal edilir.
Bununla yanaşı, Modi üçün Yeni Zelandiyada xarici dövlət xadimi üçün indiyədək təşkil olunmuş ən genişmiqyaslı təhlükəsizlik tədbirlərindən birinin həyata keçiriləcəyi bildirilir”, - məlumatda qeyd olunub.







