Gürcüstan Prezidenti Mixail Kavelaşvili Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə ölkənin dövlət mükafatı olan "Qızıl yun" ordenini təqdim edib.
EDnews yerli KİV-ə istinadən xəbər verir ki, Gürcüstan Prezident Administrasiyası bu barədə açıqlama yayıb.
Qeyd edək ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev hazırda Gürcüstanda dövlət səfərindədir.







