Ermənistanda polkovnik Edik Maloyanın saxlanılmasının səbəbi açıqlanıb.
EDnews xəbər verir ki, polkovnik Edik Maloyan və həmin hərbi hissədə məxfiliyin qorunması rejiminə cavabdeh olan zabit R.C. dövlət sirrini yaymaqda və buna təhrikçilik etməkdə şübhəli bilinərək həbs ediliblər.
Ermənistan İstintaq Komitəsinin Baş İdarəsi tərəfindən aparılan cinayət işi çərçivəsində məhkəməyə müraciət olunub.
***
13:50
Ermənistanda polkovnik Edik Maloyan saxlanılıb.
EDnews xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Məlumata görə, Maloyanın Ermənistanın Araqatsotn vilayətinin Talin şəhərində yerləşən evində axtarış aparılıb. Bundan sonra o, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Ermənistan İstintaq Komitəsi saxlanılma faktını təsdiqləsə də, cinayət işinin hansı məsələ ilə bağlı olduğunu açıqlamayıb.







