BTC boru kəmərinin operatorluğu SOCAR-a TƏHVİL VERİLİB

BTC boru kəmərinin operatorluğu SOCAR-a <span class="text-danger">TƏHVİL VERİLİB</span>

Bu gün Səngəçal Terminalında Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac boru kəmərinin 20 illiyi, BTC üzrə operatorluğun və BTC ilə Cənubi Qafqaz Boru Kəməri (CQBK) sistemləri üzrə vahid operatorluğun SOCAR-a təhvil verilməsi münasibətilə tədbir keçirilib.

SOCAR-dan EDnews-a verilən məlumata görə, bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli tədbirdə çıxış edərək ötən 20 il ərzində BTC-nin uğurlarından, layihənin beynəlxalq əhəmiyyətindən, bp-nin uzunmüddətli səmərəli operatorluq rolundan bəhs edib, SOCAR-ın boru kəmərinin istismarı zamanı təhlükəsizlik, etibarlılıq və əməliyyat mükəmməlliyi sahəsində mövcud yüksək standartları uğurla davam etdirəcəyinə əminliyini ifadə edib, SOCAR və digər tərəfdaşlarla sıx və uzunmüddətli əməkdaşlığın daha da möhkəmləndiriləcəyini bildirib.

Bakı–Tbilisi–Ceyhan boru kəmərinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın müasir enerji strategiyasının ən mühüm nailiyyətlərindən biri olduğunu söyləyən SOCAR-ın prezidenti Rövşən Nəcəf BTC-nin Xəzər regionunu Qara dəniz hövzəsi vasitəsilə Aralıq dənizi ilə birləşdirən strateji enerji dəhlizi formalaşdırdığını və Xəzərin enerji resurslarının beynəlxalq bazarlara çıxış modelini əsaslı şəkildə dəyişdirdiyini qeyd edib. BTC üzrə operatorluğun, eləcə də BTC və CQBK sistemləri üzrə vahid operatorluğun SOCAR-a keçməsinin Azərbaycanın enerji sektorunun inkişafında növbəti mühüm mərhələ olduğunu deyən Rövşən Nəcəf bu mühüm hadisənin SOCAR-ın otuz ildən artıq müddətdə formalaşdırdığı zəngin əməliyyat təcrübəsini və peşəkar imkanlarını nümayiş etdirdiyini vurğulayıb.

İqtisadiyyat nazirinin müavini Anar Axundov çıxışında son iyirmi il ərzində Bakı–Tbilisi–Ceyhan boru kəmərinin Azərbaycanın enerji sektorunun inkişafı ilə yanaşı, ölkəmizin dayanıqlı iqtisadi tərəqqisinə və regional əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verdiyini bildirib. bp-nin son iki onillik ərzində BTC boru kəmərinin operatoru qismində uğurlu fəaliyyətini qeyd edən nazir müavini boru kəməri üzrə operatorluğun SOCAR-a keçməsinin Azərbaycanda uzun illər ərzində beynəlxalq tərəfdaşlıq mühitində formalaşmış peşəkar bilik və əməliyyat imkanlarının məntiqi nəticəsi olduğunu vurğulayıb.

BTC-nin regional əməkdaşlığın və etibarlı beynəlxalq tərəfdaşlığın rəmzi kimi xüsusi əhəmiyyət daşıdığını söyləyən energetika nazirinin müavini Kamal Abbasov layihənin dəyərinin təkcə ötən 20 il ərzində nəql olunan neft həcmləri ilə ölçülmədiyini, eyni zamanda region ölkələri, şirkətlər və xalqlar arasında formalaşdırdığı etimad, əməkdaşlıq və uzunmüddətli tərəfdaşlıq münasibətlərində də öz əksini tapdığını diqqətə çatdırıb.

bp-nin Boru kəmərləri əməliyyatları üzrə meneceri, veteran neftçi Elxan Sultanov isə çıxışında BTC layihəsinin ilk dövrlərindən etibarən bu prosesin iştirakçısı olduğunu bildirərək, bu strateji layihə üzrə operatorluğun SOCAR-a keçdiyi mərhələdə onun uğurlu fəaliyyətinə töhfə verməyə davam etməkdən məmnunluğunu ifadə edib. Elxan Sultanov boru kəmərinin təhlükəsiz, etibarlı və səmərəli istismarının təmin olunmasının əsas prioritetlərdən olduğunu bildirib.

Sonra Rövşən Nəcəf və Cio Kristofoli BTC üzrə operatorluğun və BTC ilə CQBK sistemləri üzrə vahid operatorluğun SOCAR-a təhvil verilməsini ifadə edən rəmzi idarəetmə düyməsini sıxıblar.
Foto

Xəbər xətti

75 yaşlı qadını çəkic və linglə qətlə yetirib quyuya atdılar - Şərurdakı dəhşətli cinayətin ŞOK DETALLARI
21:51
Həmkarına qələm hədiyyə edərək təəccübləndirdi
21:42
Bu şəxslərin hər bir ailə üzvü aylıq 60 manat müavinət alacaq - 3 il ərzində
21:23
Ermənistanda zəlzələ baş verdi
21:16
Ursula Fon der Lyayen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşdı - VİDEO
21:04
Ermənistan dəmir yolunun bərpasına başladı
20:48
Şavkat Mirziyoyev Gürcüstanın "Qızıl yun" ordeninə layiq görüldü
20:35
Əli Xameneinin dəfn mərasimində Azərbaycandan ONLAR İŞTİRAK EDƏCƏK
20:17
"Yandex"in Azərbaycandakı payı son iki ayda 16 dəfə azalıb
20:10
Rusiyanın Kiyevə hücumu nəticəsində ÖLƏNLƏRİN SAYI ARTDI - YENİLƏNDİ3
20:03
“Adsız qəhrəman” filmi Ağdamda nümayiş olundu - FOTOLAR
19:44
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 14 vaqon buğda göndəriləcək
19:03
“Avropa Azərbaycanla əməkdaşlığın zərurətə çevrildiyini anlayır” - ŞƏRH
18:35
Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşdü
18:10
Şavkat Mirziyoyev Gürcüstana səfər edib
18:00
Səhiyyə nazirinin müavinlərinin SAYI ARTIRILDI - FƏRMAN
17:50
"Humanitar minatəmizləmə sülh prosesinin ayrılmaz hissəsidir" - Umud Mirzəyev
17:39
Dəməşqdə partlayışda ölənlərin sayı artdı - YENİLƏNDİ2
17:38
Ermənistanda dövlət sirrini yayan polkovnik SAXLANILDI - YENİLƏNDİ
17:30
Burun əməliyyatı kabusa çevrildi: Burun düzəldi, göz çəpləşdi
16:59
"Simonyanın qərarı Paşinyan komandasında yenilənmə siqnalıdır" - RƏY
16:50
NATO xərcləri Trampı qəzəbləndirdi: “ABŞ heç nə əldə etmir”
16:45
İrandan Xameneinin dəfn mərasimi ərəfəsində ABŞ və İsrailə XƏBƏRDARLIQ
16:33
Aİ Kiyevə hücuma görə Rusiyaya sanksiyalar tətbiq olunacaq
16:29
Başqasının yerinə imtahana girmək istədi, hadisənin üstü açıldı
16:22
BTC boru kəmərinin operatorluğu SOCAR-a TƏHVİL VERİLİB
16:11
İrandan Hörmüz boğazından keçən tankerlərə XƏBƏRDARLIQ
15:48
Tanınmış jurnalist XƏRÇƏNGDƏN VƏFAT ETDİ
15:38
Moskvada dron təhlükəsi elan edilib
15:33
ABŞ-nin Müstəqillik Günü öncəsi Bakıda möhtəşəm jest
15:30
Aralıq dənizində zəlzələ olub
15:27
Ebola qurbanlarının SAYI ARTIR
15:20
Meksikalı azarkeşləri İngiltərəyə "cəhənnəm gecəsi" yaşadacaq
15:19
Deniz Göktaş SAXLANILDI
14:54
Gecənin futbol duelləri: Portuqaliya–Xorvatiya, İspaniya–Avstriya
14:47
İyulun 12-də imtahan verəcək abituriyentlərin DİQQƏTİNƏ!
14:29
Kadir İnanırın xatirəsi İstanbul küçələrində yaşayacaq
14:11
ABŞ-nin Qüds planı: YENİ SƏFİRLİK AÇILIR?
13:55
Acun Ilıcalı “Fənərbağça”nın ulduzunu aparır: Anderson qərarını verdi
13:46
Alen Simonyan parlament mandatından İSTEFA VERDİ
13:42
Küçədə qanlı insident: 29 yaşlı kişi yaralandı
13:31
Bakı-Ağstafa-Bakı qatarına əlavə reyslər təyin edildi
13:05
Bakıda piyada keçidlərində eskalator və liftlər YENİLƏNƏCƏK
13:02
Azərbaycan Polisinin yaranmasının 108-ci ildönümü qeyd olunub - FOTOLAR
12:58
Sabahın havası AÇIQLANDI: TEMPERATUR YÜKSƏLİR
12:55
Paşinyan Azərbaycan və Türkiyə ilə enerji əməkdaşlığından danışdı
12:52
Paşinyan Rusiya ilə münasibətlərdən danışıb
12:46
Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul BAŞLAYIR
12:41
Bakının mərkəzində təmirlə əlaqədar bu yollar BAĞLANACAQ
12:37
Ermənistan Avropa İttifaqı ilə vizasız rejimə keçəcək - PAŞİNYAN
12:30
Müəllimlər ayağa qalxdılar: Dörd sualın ləğvini istəyirlər - FOTOLAR
12:29
Rusiyanın hücumu Ukraynada internet problemləri yaradıb
12:25
Bəzi dərmanlar satışdan KƏNARLAŞDIRILDI
12:22
Belçikadan 2026-cı il Dünya Kuboku matçında İKİ REKORD
12:18
Bu marşrutların hərəkəti müvəqqəti dəyişdirilir
12:15
Rusiyanın İsveçdəki səfirliyinə dron hücumu olub
12:03
Ağır qəza: Piyada avtomobilin altında qaldı
11:56
Paytaxtın 4 rayonunda su olmayacaq
11:44
BMT Baş katibi Azərbaycana yeni rezident əlaqələndirici təyin etdi
11:42
SON DƏQİQƏ! Şahin Şıxlinski Azərbaycandakı rus məhkumlarla dəyişdirilir? - RƏSMİ
11:34
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR