Ermənistan Rusiya ilə münasibətlərdə böhran yaratmaq məqsədi güdmür
EDnews xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə birgə brifinqdə bildirib.
Paşinyanın sözlərinə görə, Ermənistan beynəlxalq tərəfdaşlarının maraqlarını nəzərə alır, lakin eyni zamanda öz milli maraqlarından çıxış edir.
O, Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşma prosesini dayandırmaq niyyətində olmadığını da vurğulayıb.
Baş nazir Rusiya hökumətinin rəhbəri Mixail Mişustinlə telefon danışığını da şərh edib. Paşinyan bildirib ki, telefon danışığı onun təşəbbüsü ilə baş tutub və tərəflər ikitərəfli gündəlikdəki aktual məsələlərin müzakirəsini davam etdirmək barədə razılığa gəliblər.
Qeyd edək ki, bundan əvvəl Kreml Ermənistanın Avropa İttifaqına inteqrasiya istəyinin onun suveren hüququ olduğunu, lakin bunun Avrasiya İqtisadi İttifaqı ölkələrinin maliyyəsi hesabına həyata keçirilə bilməyəcəyini bəyan edib.







