Dəməşqdə Ədalət Sarayının yaxınlığında yerləşən kafedə baş verən partlayışda 4 nəfər ölüb.
EDnews xəbər verir ki, bu barədə Suriya Səhiyyə Nazirliyi məlumat yayıb.
Partlayış nəticəsində daha 10 nəfərin isə xəsarət aldığı bildirilir.
***
17:11
Dəməşqin Əl-Nəsr küçəsindəki kafedə partlayış baş verib.
EDnews xəbər verir ki, bu barədə "SANA" agentliyi məlumat yayıb.
İlkin məlumatlara görə, dörd nəfər həlak olub, daha on nəfər yaralanıb.
Hadisə yerinə təcili yardım briqadaları gəlib.
Partlayışın səbəbi hələlik müəyyən edilməyib.







