İyulun 2-nə keçən gecə Rusiyanın Kiyevə kütləvi hücumu nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.
EDnews xəbər verir ki, bu barədə Kiyev Şəhər Dövlət Administrasiyasının rəisi Timur Tkaçenko bildirib.
***
16:39
Rusiyanın Kiyevə kütləvi hücumu nəticəsində ölənlərin sayı 20-yə çatıb.
EDnews xəbər veir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkonun "Telegram"dakı paylaşımında məlumat verib.
"Təəssüf ki, bugünkü hücum nəticəsində ölənlərin sayı artıb. Hazırda 20 nəfərin öldüyü məlumdur", - deyə o qeyd edib.
***
14:30
Rusiyanın Kiyevə kütləvi zərbələri nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.
EDnews xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti məlumat yayıb.
Məlumata görə, hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.
***
13:22
Rusiyanın iyulun 2-nə keçən gecədən etibarən Kiyevə endirdiyi intensiv hava zərbələri nəticəsində ölənlərin sayı 2-yə, yaralananların sayı isə 16-ya çatıb.
EDnews xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib.
Onun sözlərinə görə, kütləvi hava hücumları paytaxtın Obolon, Qoloseyev, Şevçenko, Svyatoşin və Podil rayonlarında mülki infrastruktur obyektlərinə və yaşayış binalarına ciddi ziyan vurub.
Tkaçenko dağıntılar altında insanların qala biləcəyini bildirib və ölənlərlə yaralananların sayının arta biləcəyini istisna etməyib.







