Azərbaycan Polisinin yaranmasının 108-ci ildönümü qeyd olunub - FOTOLAR

Azərbaycan Polisinin yaranmasının 108-ci ildönümü qeyd olunub - <span class="text-danger">FOTOLAR</span>

Azərbaycan Polisinin yaranmasının 108-ci ildönümü qeyd olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən EDnews-a verilən xəbərə görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və Nazirliyin rəhbər heyəti Fəxri xiyabanda Heydər Əliyevin abidə kompleksi önünə əklil qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsi yad edilib.

Saha sonra Şəhidlər xiyabanı ziyarət olunub.  

Daxili İşlər Nazirliyinin Polis Akademiyasında “Polis Günü”nə və 2025-2026-cı tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.

Tədbirdə ümummilli lider Heydər Əliyevin, respublikanın ərazi bütövlüyü uğrunda şəhid olan və xidməti vəzifələri yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsi yad olunub.

Peşə bayramı münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təbriklərini şəxsi heyətə çatdıran general-polkovnik Vilayət Eyvazov ötən 108 ildə polisin keçdiyi şərəfli və zəngin xidmət yolundan, yaratdığı ənənələrdən, xüsusən ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrlərdə daxili işlər orqanlarının fəaliyyətinin təşkili, milli ruhlu vətənpərvər kadrlarla möhkəmlənməsi sahəsində görülən mühüm işlərdən danışıb.

O, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində Daxili İşlər Nazirliyində güclü və müasir maddi-texniki baza yaradıldığını, müasir dövrün çağırışlarından irəli gələn struktur dəyişiklikləri aparıldığını, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi, peşə hazırlığının artırılması sahəsində sistemli tədbirlərin həyata keçirildiyini və əməliyyat-xidməti fəaliyyətin vətəndaş məmnunluğunun təmini prinsipləri üzərində qurulması ilə bağlı həyata keçirilmiş tədbirləri vurğulayıb.

Vətəndaşların ərizə və şikayətlərinin obyektiv və həssaslıqla araşdırılması, qanunçuluğun qorunması, şəxsi heyətin etik davranış qaydalarına riayət etməsi kimi mühüm vəzifələrin səmərəli icrasının vacibliyinə toxunan nazir, xidməti vəzifələrin dəqiq və qüsursuz yerinə yetirilməsində dürüstlük, prinsipiallıq və məsuliyyət kimi keyfiyyətlərin böyük önəm kəsb etdiyini bildirib.

Cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında polis orqanlarının hər bir şəxsin qanuni mənafeyini, hüquq və azadlığının müdafiəsini yüksək səviyyədə təmin etdiyi qeyd olunub.

İşğaldan azad edilmiş ərazilərdə “Böyük Qayıdış”ın sürətlənməsi üçün polis orqanlarının, o cümlədən Daxili Qoşunların fəaliyyətinin mövcud vəziyyətə uyğunlaşdırıldığı, asayişin və təhlükəsizliyin etibarlı təmin edildiyi, xidmətin böyük əzm və peşəkarlıqla davam etdirildiyi vurğulanıb.

Cinayətlərin açılmasının yüksək səviyyədə saxlanılmasının, hüquqpozmaların profilaktikasının daha da yaxşılaşdırılmasının, bütövlükdə xalqa xidmət funksiyalarının daha təkmil icrası üçün əlavə tədbirlərin həyata keçirilməsinin başlıca vəzifələr olduğu şəxsi heyətin diqqətinə çatdırılıb.

Xidməti vəzifələrin icrasında daxili işlər orqanlarına hər zaman yardımçı olan, polisin peşə bayramının sevincini bölüşən vətəndaşlara, daxili işlər orqanlarının veteranlarına, dövlət qurumlarının rəhbərlərinə və əməkdaşlarına, qeyri-hökumət təşkilatlarına və media nümayəndələrinə təşəkkür ifadə olunub.

General-polkovnik V.Eyvazov təntənəli mərasimin iştirakçıları adından Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi əmin edib ki, öz andına həmişə sadiq olan daxili işlər orqanları bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək, bu yolda qüvvə və bacarığını əsirgəməyəcək.

Azərbaycan polisinin müasir dünyagörüşlü yeni nəslini Vətənə, dövlətə, xalqa sevgi və xidmət ruhunda yetişdirən Polis Akademiyasının qazanılan uğurlardakı rolunu xüsusi vurğulayan daxili işlər naziri məzunları təhsili başa vurmaları münasibətilə təbrik edib, eləcə də bu təhsil müəssisəsini baş leytenant rütbəsi ilə bitirmiş məzunlara fərqlənmə diplomlarını təqdim edib.

Təntənəli tədbir şəxsi heyətin mətin addımlarla tribuna qarşısından keçidi ilə yekunlaşıb.

Xəbər xətti

75 yaşlı qadını çəkic və linglə qətlə yetirib quyuya atdılar - Şərurdakı dəhşətli cinayətin ŞOK DETALLARI
21:51
Həmkarına qələm hədiyyə edərək təəccübləndirdi
21:42
Bu şəxslərin hər bir ailə üzvü aylıq 60 manat müavinət alacaq - 3 il ərzində
21:23
Ermənistanda zəlzələ baş verdi
21:16
Ursula Fon der Lyayen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşdı - VİDEO
21:04
Ermənistan dəmir yolunun bərpasına başladı
20:48
Şavkat Mirziyoyev Gürcüstanın "Qızıl yun" ordeninə layiq görüldü
20:35
Əli Xameneinin dəfn mərasimində Azərbaycandan ONLAR İŞTİRAK EDƏCƏK
20:17
"Yandex"in Azərbaycandakı payı son iki ayda 16 dəfə azalıb
20:10
Rusiyanın Kiyevə hücumu nəticəsində ÖLƏNLƏRİN SAYI ARTDI - YENİLƏNDİ3
20:03
“Adsız qəhrəman” filmi Ağdamda nümayiş olundu - FOTOLAR
19:44
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 14 vaqon buğda göndəriləcək
19:03
“Avropa Azərbaycanla əməkdaşlığın zərurətə çevrildiyini anlayır” - ŞƏRH
18:35
Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşdü
18:10
Şavkat Mirziyoyev Gürcüstana səfər edib
18:00
Səhiyyə nazirinin müavinlərinin SAYI ARTIRILDI - FƏRMAN
17:50
"Humanitar minatəmizləmə sülh prosesinin ayrılmaz hissəsidir" - Umud Mirzəyev
17:39
Dəməşqdə partlayışda ölənlərin sayı artdı - YENİLƏNDİ2
17:38
Ermənistanda dövlət sirrini yayan polkovnik SAXLANILDI - YENİLƏNDİ
17:30
Burun əməliyyatı kabusa çevrildi: Burun düzəldi, göz çəpləşdi
16:59
"Simonyanın qərarı Paşinyan komandasında yenilənmə siqnalıdır" - RƏY
16:50
NATO xərcləri Trampı qəzəbləndirdi: “ABŞ heç nə əldə etmir”
16:45
İrandan Xameneinin dəfn mərasimi ərəfəsində ABŞ və İsrailə XƏBƏRDARLIQ
16:33
Aİ Kiyevə hücuma görə Rusiyaya sanksiyalar tətbiq olunacaq
16:29
Başqasının yerinə imtahana girmək istədi, hadisənin üstü açıldı
16:22
BTC boru kəmərinin operatorluğu SOCAR-a TƏHVİL VERİLİB
16:11
İrandan Hörmüz boğazından keçən tankerlərə XƏBƏRDARLIQ
15:48
Tanınmış jurnalist XƏRÇƏNGDƏN VƏFAT ETDİ
15:38
Moskvada dron təhlükəsi elan edilib
15:33
ABŞ-nin Müstəqillik Günü öncəsi Bakıda möhtəşəm jest
15:30
Aralıq dənizində zəlzələ olub
15:27
Ebola qurbanlarının SAYI ARTIR
15:20
Meksikalı azarkeşləri İngiltərəyə "cəhənnəm gecəsi" yaşadacaq
15:19
Deniz Göktaş SAXLANILDI
14:54
Gecənin futbol duelləri: Portuqaliya–Xorvatiya, İspaniya–Avstriya
14:47
İyulun 12-də imtahan verəcək abituriyentlərin DİQQƏTİNƏ!
14:29
Kadir İnanırın xatirəsi İstanbul küçələrində yaşayacaq
14:11
ABŞ-nin Qüds planı: YENİ SƏFİRLİK AÇILIR?
13:55
Acun Ilıcalı “Fənərbağça”nın ulduzunu aparır: Anderson qərarını verdi
13:46
Alen Simonyan parlament mandatından İSTEFA VERDİ
13:42
Küçədə qanlı insident: 29 yaşlı kişi yaralandı
13:31
Bakı-Ağstafa-Bakı qatarına əlavə reyslər təyin edildi
13:05
Bakıda piyada keçidlərində eskalator və liftlər YENİLƏNƏCƏK
13:02
Azərbaycan Polisinin yaranmasının 108-ci ildönümü qeyd olunub - FOTOLAR
12:58
Sabahın havası AÇIQLANDI: TEMPERATUR YÜKSƏLİR
12:55
Paşinyan Azərbaycan və Türkiyə ilə enerji əməkdaşlığından danışdı
12:52
Paşinyan Rusiya ilə münasibətlərdən danışıb
12:46
Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul BAŞLAYIR
12:41
Bakının mərkəzində təmirlə əlaqədar bu yollar BAĞLANACAQ
12:37
Ermənistan Avropa İttifaqı ilə vizasız rejimə keçəcək - PAŞİNYAN
12:30
Müəllimlər ayağa qalxdılar: Dörd sualın ləğvini istəyirlər - FOTOLAR
12:29
Rusiyanın hücumu Ukraynada internet problemləri yaradıb
12:25
Bəzi dərmanlar satışdan KƏNARLAŞDIRILDI
12:22
Belçikadan 2026-cı il Dünya Kuboku matçında İKİ REKORD
12:18
Bu marşrutların hərəkəti müvəqqəti dəyişdirilir
12:15
Rusiyanın İsveçdəki səfirliyinə dron hücumu olub
12:03
Ağır qəza: Piyada avtomobilin altında qaldı
11:56
Paytaxtın 4 rayonunda su olmayacaq
11:44
BMT Baş katibi Azərbaycana yeni rezident əlaqələndirici təyin etdi
11:42
SON DƏQİQƏ! Şahin Şıxlinski Azərbaycandakı rus məhkumlarla dəyişdirilir? - RƏSMİ
11:34
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR