Ermənistan Avropa İttifaqı ilə vizasız rejimin tətbiq olunacağı tarixi açıqlayıb.
EDnews xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin 2029-cu ilə qədər Avropa İttifaqı ilə vizasız rejimə malik olacağına ümid etdiyini bildirib.
Paşinyan qeyd edib ki, Ermənistan hökuməti bu istiqamətdə Avropa İttifaqı ilə əməkdaşlığı davam etdirir.
Məqsəd Ermənistan vətəndaşlarının gələcəkdə Aİ ölkələrinə vizasız səfər imkanını əldə etməsidir.







