Konqo Demokratik Respublikasında (KDR) Ebola virusundan həyatını itirənlərin sayı artaraq 438 nəfərə yüksəlib.
EDnews xəbər verir ki, bu barədə ölkənin Rabitə və Mətbuat Nazirliyi rəsmi məlumat yayıb.
Nazirliyin məlumatına görə, ümumilikdə 1406 təsdiqlənmiş yoluxma halı qeydə alınıb.
Onlardan da 73-ü son 24 saat ərzində aşkarlanıb. Xəstəlik səbəbindən baş verən ölüm hallarının göstəricisi isə 438 nəfərə çatıb.








