Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb.
EDnews President.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı Fərmanla "Səhiyyə Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilib.Dəyişikliyə əsasən, səhiyyə nazirinin müavinlərinin sayı 3-dən 4-ə çatdırılıb.
Qeyd edək ki, hazırda səhiyyə naziri Teymur Musayevdir.






