Apple şirkətinin son illərin ən radikal iPhone dizaynı üzərində işlədiyi iddia olunur.
EDnews xəbər verir ki, şirkət iPhone 19 modelini buraxmadan birbaşa yubiley modeli kimi iPhone 20-ni təqdim edə bilər. Bu addımın “20” rəqəminin yubiley effekti yaratması üçün planlaşdırıldığı bildirilir.
İnsayder Con Prosserin məlumatına əsasən, yeni smartfon kəsiksiz, Dynamic Island-sız və kamera dəliyi olmayan “tam ekran” dizaynla təqdim oluna bilər.
İddialara görə, Apple Face ID sistemini və ön kameranı birbaşa ekranın altına yerləşdirməyi planlaşdırır. Bu isə cihazda “bütöv şüşə” effekti yaradacaq.
Bundan başqa, şirkətin adi fiziki düymələrdən imtina edərək sensor düymələrə keçə biləcəyi bildirilir. Yeni iPhone-da daha böyük tutuma malik kremniy-anod batareyadan istifadə olunacağı da ehtimallar arasındadır.







