Azərbaycan Xəzər dənizində dəniz külək enerjisi layihələrini genişləndirmək üçün yeni texnoloji və infrastruktur addımlar atır.
EDnews xəbər verir ki, bu barədə “Tasnim News” agentliyi məlumat yayıb.
Məlumata görə, Azərbaycan Xəzər dənizində dəniz külək enerjisi layihələrinin inkişafı üçün yeni mərhələyə başlayıb. Bu çərçivədə külək enerjisi potensialının ölçülməsi və gələcək stansiyaların planlaşdırılması məqsədilə LiDAR texnologiyası ilə təchiz edilmiş xüsusi gəmi istifadəyə verilib.
Agentlik yazır ki, Xəzər dənizində külək enerjisi potensialı təxminən 157 giqavatt səviyyəsində qiymətləndirilir.
Azərbaycanın 2030-cu ilə qədər ölkənin enerji sisteminə minlərlə meqavatt gücündə bərpa olunan enerji mənbələrini qoşmağı planlaşdırdığı bildirilir.
Layihələrdə Avropa və Körfəz ölkələrindən olan şirkətlərin də iştirak etdiyi qeyd olunur.
“Tasnim News” yazır ki, bu proses Azərbaycanın enerji sektorunun neft-qaz asılılığından mərhələli şəkildə çıxaraq “yaşıl enerji” istiqamətinə keçidinin bir hissəsi kimi dəyərləndirilir.







