Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
EDnews xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralında, rayonun Liman şəhəri ərazisində qeydə alınıb.
Belə ki, rayonun Zövlə kənd sakini 1962-ci il təvəllüdlü Elşad Salayevin idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili idarəetmədən çıxaraq suötürücü kanalın üzərindən aşıb. Daha sonra isə yol kənarındakı ağaca çırpılıb.
Qəza nəticəsində sürücü ölüb. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Ehtimal olunur ki, o, qəzadan öncə ürəktutmadan ölüb və qəza qaçılmaz olub.
Faktla bağlı araşdırma aparılır.
.jpeg)
.jpeg)
.jpeg)

.jpg)



.png)
.png)
.png)
