BAMF prezidenti Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusla görüşdü - FOTO

BAMF prezidenti Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunusla görüşdü <span class="text-danger">- FOTO</span>

Banqladeşin paytaxtı Dəkkə yaxınlığındakı Savar şəhərində “Yunus Sosial Biznes Mərkəzi” və Grameen bankın birgə təşkilatçılığı ilə “Sosial biznes: parçalanmış dünyada sülhün dili” adlı 2026-cı il 16-cı Sosial Biznes Gününə həsr olunan beynəlxalq konfrans keçirilib.

EDnews xəbər verir ki, Grameen bankının 50 illiyi və Nobel Sülh Mükafatı laureatı, sosial biznes konsepsiyasının banisi professor Məhəmməd Yunus və Grameen Bankın Nobel Sülh Mükafatına layiq görülməsinin 20 illiyi münasibətilə təşkil edilən konfransda dünyanın muxtəlif ölkələrindən çoxsaylı qonaqlar iştirak ediblər. 

Sözügedən beynəlxalq konfransda iştirak edən BAMF prezidenti Umud Mirzəyev “Qlobal çağırışların həllində yeni texnologiyaların rolu” adlı panel müzakirəsində əsas çıxışçılar arasında yer alıb. O,  çıxışında müasir texnologiyaların sosial təsir imkanlarından, xüsusilə münaqişələrdən zərər çəkmiş icmaların dəstəklənməsi, mina təhlükəsi ilə üzləşən ərazilərdə maarifləndirmə, bərpa və dayanıqlı inkişaf proseslərində innovativ yanaşmaların tətbiqindən danışıb. Azərbaycanın münaqişədən sonrakı bərpa təcrübəsi, mina təhlükəsi ilə mübarizə, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı və vətəndaş cəmiyyətinin bu proseslərdə iştirakı barədə də məlumat verib. 

BAMF prezidenti Umud Mirzəyevin səfər çərçivəsində Nobel Sülh Mükafatı laureatı, professor Məhəmməd Yunusla görüşü baş tutub. Özəl görüş və təşkil edilən birgə nahar zamanı BAMF və “Yunus Mərkəzi” arasında əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi, sosial biznes yanaşmasının münaqişədən zərər çəkmiş icmaların sosial-iqtisadi inkişafına töhfəsi, eləcə də gələcək birgə təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb. 

Professor Məhəmməd Yunus BAMF-ın dəvəti və təşkilatçılığı ilə Azərbaycana etdiyi ilk səfərini, BAMF-ın baş ofisində keçirilən "Kasıbların Bankiri" kitabının geniş təqdimatını, ADA universitetində və Azərbaycan Dövlət İqtisad Universitetində olan görüşlərini, Nizami Gəncəvi mərkəzinin dəvəti ilə və COP29 zamanı olan səfərlərini məmnunluqla xatırladığını bildirib. O, ölkə başçısı Prezident İlham Əliyev ilə olan görüşlərini xüsusilə qeyd edib və ilk səfərdən sonra Azərbaycanla bağlı yaranan xoş təəssüratlarının yaddaqalan olduğunu vurğulayıb. 

Görüş zamanı tərəflər BAMF və “Yunus Mərkəzi” arasında əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi, UNEC-də fəaliyyət göstərən “Yunus Sosial Biznes” mərkəzinin fəaliyyətinin inkişafı, sosial biznes, icma inkişafı, gənclərin iştirakçılığı və humanitar sahədə əməkdaşlıq imkanlarının araşdırılması barədə razılığa gəliblər. Görüşdə BAMF-ın Himayəçilik Şurasının üzvü Aysəba Umutlu da iştirak edib.

Qeyd edək ki, hər il keçirilən Sosial Biznes Günü professor Məhəmməd Yunusun təşəbbüsü ilə formalaşmış qlobal platformalardan biridir və müxtəlif ölkələrdən ictimai xadimləri, sosial biznes nümayəndələrini, akademikləri, innovatorları, gəncləri və vətəndaş cəmiyyəti təmsilçilərini bir araya gətirir. 

Xəbər xətti

75 yaşlı qadını çəkic və linglə qətlə yetirib quyuya atdılar - Şərurdakı dəhşətli cinayətin ŞOK DETALLARI
21:51
Həmkarına qələm hədiyyə edərək təəccübləndirdi
21:42
Bu şəxslərin hər bir ailə üzvü aylıq 60 manat müavinət alacaq - 3 il ərzində
21:23
Ermənistanda zəlzələ baş verdi
21:16
Ursula Fon der Lyayen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşdı - VİDEO
21:04
Ermənistan dəmir yolunun bərpasına başladı
20:48
Şavkat Mirziyoyev Gürcüstanın "Qızıl yun" ordeninə layiq görüldü
20:35
Əli Xameneinin dəfn mərasimində Azərbaycandan ONLAR İŞTİRAK EDƏCƏK
20:17
"Yandex"in Azərbaycandakı payı son iki ayda 16 dəfə azalıb
20:10
Rusiyanın Kiyevə hücumu nəticəsində ÖLƏNLƏRİN SAYI ARTDI - YENİLƏNDİ3
20:03
“Adsız qəhrəman” filmi Ağdamda nümayiş olundu - FOTOLAR
19:44
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 14 vaqon buğda göndəriləcək
19:03
“Avropa Azərbaycanla əməkdaşlığın zərurətə çevrildiyini anlayır” - ŞƏRH
18:35
Ceyhun Bayramov BMT Baş katibinin xüsusi elçisi ilə görüşdü
18:10
Şavkat Mirziyoyev Gürcüstana səfər edib
18:00
Səhiyyə nazirinin müavinlərinin SAYI ARTIRILDI - FƏRMAN
17:50
"Humanitar minatəmizləmə sülh prosesinin ayrılmaz hissəsidir" - Umud Mirzəyev
17:39
Dəməşqdə partlayışda ölənlərin sayı artdı - YENİLƏNDİ2
17:38
Ermənistanda dövlət sirrini yayan polkovnik SAXLANILDI - YENİLƏNDİ
17:30
Burun əməliyyatı kabusa çevrildi: Burun düzəldi, göz çəpləşdi
16:59
"Simonyanın qərarı Paşinyan komandasında yenilənmə siqnalıdır" - RƏY
16:50
NATO xərcləri Trampı qəzəbləndirdi: “ABŞ heç nə əldə etmir”
16:45
İrandan Xameneinin dəfn mərasimi ərəfəsində ABŞ və İsrailə XƏBƏRDARLIQ
16:33
Aİ Kiyevə hücuma görə Rusiyaya sanksiyalar tətbiq olunacaq
16:29
Başqasının yerinə imtahana girmək istədi, hadisənin üstü açıldı
16:22
BTC boru kəmərinin operatorluğu SOCAR-a TƏHVİL VERİLİB
16:11
İrandan Hörmüz boğazından keçən tankerlərə XƏBƏRDARLIQ
15:48
Tanınmış jurnalist XƏRÇƏNGDƏN VƏFAT ETDİ
15:38
Moskvada dron təhlükəsi elan edilib
15:33
ABŞ-nin Müstəqillik Günü öncəsi Bakıda möhtəşəm jest
15:30
Aralıq dənizində zəlzələ olub
15:27
Ebola qurbanlarının SAYI ARTIR
15:20
Meksikalı azarkeşləri İngiltərəyə "cəhənnəm gecəsi" yaşadacaq
15:19
Deniz Göktaş SAXLANILDI
14:54
Gecənin futbol duelləri: Portuqaliya–Xorvatiya, İspaniya–Avstriya
14:47
İyulun 12-də imtahan verəcək abituriyentlərin DİQQƏTİNƏ!
14:29
Kadir İnanırın xatirəsi İstanbul küçələrində yaşayacaq
14:11
ABŞ-nin Qüds planı: YENİ SƏFİRLİK AÇILIR?
13:55
Acun Ilıcalı “Fənərbağça”nın ulduzunu aparır: Anderson qərarını verdi
13:46
Alen Simonyan parlament mandatından İSTEFA VERDİ
13:42
Küçədə qanlı insident: 29 yaşlı kişi yaralandı
13:31
Bakı-Ağstafa-Bakı qatarına əlavə reyslər təyin edildi
13:05
Bakıda piyada keçidlərində eskalator və liftlər YENİLƏNƏCƏK
13:02
Azərbaycan Polisinin yaranmasının 108-ci ildönümü qeyd olunub - FOTOLAR
12:58
Sabahın havası AÇIQLANDI: TEMPERATUR YÜKSƏLİR
12:55
Paşinyan Azərbaycan və Türkiyə ilə enerji əməkdaşlığından danışdı
12:52
Paşinyan Rusiya ilə münasibətlərdən danışıb
12:46
Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul BAŞLAYIR
12:41
Bakının mərkəzində təmirlə əlaqədar bu yollar BAĞLANACAQ
12:37
Ermənistan Avropa İttifaqı ilə vizasız rejimə keçəcək - PAŞİNYAN
12:30
Müəllimlər ayağa qalxdılar: Dörd sualın ləğvini istəyirlər - FOTOLAR
12:29
Rusiyanın hücumu Ukraynada internet problemləri yaradıb
12:25
Bəzi dərmanlar satışdan KƏNARLAŞDIRILDI
12:22
Belçikadan 2026-cı il Dünya Kuboku matçında İKİ REKORD
12:18
Bu marşrutların hərəkəti müvəqqəti dəyişdirilir
12:15
Rusiyanın İsveçdəki səfirliyinə dron hücumu olub
12:03
Ağır qəza: Piyada avtomobilin altında qaldı
11:56
Paytaxtın 4 rayonunda su olmayacaq
11:44
BMT Baş katibi Azərbaycana yeni rezident əlaqələndirici təyin etdi
11:42
SON DƏQİQƏ! Şahin Şıxlinski Azərbaycandakı rus məhkumlarla dəyişdirilir? - RƏSMİ
11:34
Hamısı
Qusmandan etiraflar: ilk məhəbbət, Bakı və Qarabağla bağlı səmimi söhbət EKSKLÜZİV FOTOLAR